Qrinviç adası (), həmçinin Berezina adası kimi tanınır — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Livinqston adası ilə Robert adası arasında yerləşir. Quru sahəsinin ümumi sahəsi 142,7 km²L.L. Ivanov. Antarctica: Livingston Island and Greenwich, Robert, Snow and Smith Islands . Scale 1:120000 topographic map. Troyan: Manfred Wörner Foundation, 2009. ISBN 978-954-92032-6-4 təşkil edir.

Tarix AdV 19 fevral 1819-cu ildə britaniya briqası olan Villiamsın kapitanı Viliyams Smit tərəfindən kəşf edilmişdir. İlk dəfə kartoraqfik xəritəsini Edvard Bransfild 1820-ci ilin yanvarında tərtib etmişdir. Birinci Rus Antarktika ekspedisiyası zamanı Faddey Bellinshauzen tərəfindən 1812-ci ildəki hadisələrlə əlaqədar Berezina adlandırmışdırWilliam James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 279–280. — 844 p. — ISBN 1-57607-422-6..

XIX əsrin sonlarından ХХ əsrin birinci yarısına qədər ovçuları balina və suitikimilərə görə özünə cəlb edirdi. Adaya rəsmi olaraq Böyük Britaniya və Argentina iddia edirdi. Üstəlik Rusiya və ABŞ tərəfindən belə ərazi iddiası mövcud olmuşdur. 1961-ci ildə imzalanan müqaviləyə əsasən Cənubi Şetland adaları rəsmən heç bir ölkəyə mənsub deyil.

6 fevral 1947-ci ildən adada Çiliyə məxsus olan qütb stansiyası fəaliyyət göstərir. 1957–1959 və 1963–1964 illər ərzində adaya britaniya ekspedisiyalar təşkil edtmişdir. 1990-cı ilin martında Ekvador antarktika proqramı çərçivəsində stansiya fəaliyyətə başlamışdır. 2004–2005 illərdə adanı Bolqarstan Antarktika ekspedisiyası tətqiq etmişdir.

Təbiət thumb|left|200 px|Qrinviç adası Ada vulkan məşhəllidir. Onun ərazisinin böyük hissəsi buzla örtülü qaqayalıqlardan ibarətdir. Adanın ən hündür nöqtəsi cənub-şərqdə yerləşən Momçil dağıdır (625 m.).

İqlimi antarktik sərindir. Bitki örtüyü olduqca kasıbdır. Əsasən antarktik tundra bitkilərini müşahidə etmək olar. Adada çoxlu sayda dəniz quşları yuva qurur.

Əhali Adada daimi yaşayış yoxdur.

İstinadlar

Kateqoriya:Cənubi Şetland adaları Kateqoriya:Bolqarıstan və Antarktida Kateqoriya:Cənub okeanının yaşayış olmayan adaları