Elsuort dağları () — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir.
Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır.
Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
İstinadlar
Mənbə Elsuort dağları
Kateqoriya:Antarktida silsilələri Kateqoriya:Antarktida dağ sistemləri Kateqoriya:Elsuort dağları