Məmmədəli İbrahimov - Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi.

Həyatı Məmmədəli İbrahimov 1914-cü ildə Qazaxda anadan olmuşdur. 1930-cu ilde Bakı təyyarəçilik məktəbini bitirmişdir. 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olmuşdur. Oranı bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir. Qazaxın müxtəlif kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir.

1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. 1949-cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər orada çalışmışdır. Əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşdur.. Qazax information centre

Əməkdar incəsənət xadimidir.

1977-ci ildə vəfat etmişdir. Qazax rayon güləş idman məktəbi Pəhləvan Məmmədəli Qazaxlının adını daşıyır.

İstinadlar

Kateqoriya:Qazaxda vəfat edənlər