Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir.

Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir.

1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir.http://whc.unesco.org/en/list/233 Qütb Minar kompleksi, UNESCO

Tarixi

Dehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir.

Abidələr Alai Darvazası left|thumb| Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilən Alai Darvazası Alai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir.

Qütb Minar minarəsi thumb|Qütb Minar minarəsi və Alai Darvazası , Qüvvət-ul-İslam məscidinin girişi Qütb Minar minarəsi ()— XIII əsr memarlıq abidəsi.

1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir. Qırmızı daş və mərmərdən tikilmişdir.

72,6 metr hündürlüyündə olan və kərpicdən tikilən minarə orta əsr Hind-islam memarlığı nın ən unikal abidəsidir və YUNESCO tərəfindən qorunur. Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən minarənin inşasına 1193-cü ildə başlayıb. Minarənin tikintisini isə varisi Şəmsəddin Eltutmuş tamamlayıb.

Dəmir sütun thumb|180px|Qüvvət-ül-İslam məscidinin qarşınıdakı Dəmir sütun

Dəmir sütun dünyanın ən əsas metal simvollarından biridir. Sütunun hündürlüyü 7.21 metr, ağırlığı isə 6 tondan çoxdur.Dəmir sütun 402-ci ildə II Chandraqupta (375-414) dövründə hazırlanmışdır.

Mədrəsə left|110px|thumb|Sultan Əlaəddin mədrəsəsi

1316-cı ildə Qüvvət-ül-İslam məscidinin cənub-qərbində Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilən Sultan Əlaəddin mədrəsəsi hindistanda ilk müsəlman mədrəsələrindən biridir.

Alai Minar thumb|right|Alai Minar Alai Minar Sultan Əlaəddin Məhəmməd şahın dövründə Qüvvət-ül-İslam məscidinin yaxınlığında tikilmişdir. Alai Minarın hündürlüyü 24.5 metrdir. Alai Minar Xələclər sülaləsinin dövründə tikilən ən gözəl memarlıq nümunələrindən biridir.

Şəkillər

Həmçinin bax Qütb Minar minarəsi

İstinadlar

Xarici keçidlər

Entry in the UNESCO World Heritage Site List Qutub Minar Quwwat Al-Islam Mosque Corrosion resistance of Delhi iron pillar Nondestructive evaluation of the Delhi iron pillar Current Science, Indian Academy of Sciences, Vol. 88, No. 12, 25 June 2005 (PDF) Photo gallery of the Qutb complex

Kateqoriya:Hindistan türbələri Kateqoriya:Hindistan abidələri Kateqoriya:Hindistandakı ümumdünya irsi Kateqoriya:Minarələr