Ədalət naminə 2014-cü ilin ABŞ döyüş, neo-noir, viqilant, cinayət, triller filmi. Rejissorluğunu Antuan Fukuanın etdiyi, ssenarisini Riçard Venkin yazdığı, filmin baş rollarında Denzel Vaşinqton, Marton Çokaş, Kloe Qreys Moretz, Devid Harbor, Bill Pallman və Melissa Leo yer almaqdadır.
Filmin çəkilişləri 2013-cü ilin iyun ayında başladı və Massaçusettsin müxtəlif şəhərlərində oldu. Filmin qalası Toronto Beynəlxalq Film Festivalında 7 sentyabr 2014-cü ildə oldu və 26 sentyabrda sinemalarda yerini aldı.
Tənqidçilərdən müxtəlif rəylərinə baxmayaraq film $192 milyon gəlir əldə etdi.
Məzmun Robert Makkall sirli keçmişini arxada qoyub özünü yeni, rahat həyata başlayar. Amma sonradan Rus qanqsterlərin nəzarəti altında olan Alina adındakı gənc, fahişə qızla tanış olar bə boş durmaz, ona kömək etməyə qərar verər.
Rollarda
Denzel Vaşinqton — Robert Makkall Marton Çokaş — Teddi Rensen/Nikolay İtçenko Kloe Qreys Moretz — Alina/"Teri" Melissa Leo — Suzan Plammer Bill Pallman — Brayan Plammer Conni Skurtis — Ralfi Heyli Bennett — Mendi David Harbor — Frenk Masters Vladimir Kuliç — Vladimir Puşkin David Meunier — Slavi Aleks Veadov — Tevi Ceyms Vilkols — Pederson Mayk O'Dea — Remar Anastasia Mousis — Cenni Robert Uolberq — Det. Harris Den Bilzeryan — Teddinin 3-cü adamı
Çəkilişlər Çəkilişlərə 2013-cü ilin iyun ayında başladı və Solsberi, Hamilton, Çelsi, Haverhill və Boston şəhərlərində oldu.
Filmin davamı 24 fevral 2014-cü ildə, filmin təqdim edilməsindən yeddi ay öncə, Sony Pictures və Escape Artistsin filmin davamını planladıqları açıqlandı.
22 aprel 2015-ci ildə filmin davamını ediləcəyi və Denzel Vaşinqton obrazı təkrar canlandıracağı deyildi. 11 iyun 2015-ci ildə Sony The Equalizer 2-nin təqdimatının 29 sentyabr 2017-ci ildə ifadə etdi
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:2014-cü ilin ABŞ filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi haqqında filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Neonuar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Teleseriallara əsaslanan filmlər Kateqoriya:Bəstəkar Harri Qreqson-Vilyamsın filmləri Kateqoriya:Bostonda çəkilmiş filmlər