Ekarma () — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.

Ada Ekarma vulkanının su səthi hissəsini təşkil edir. Maksimal hündürlüyü 1170 metrdir. Ada paralel olaraq 8 km, meridian istiqamətdə isə 5 km məsafədə uzanır. Sahəsi 30 km² təşkil edir. İçməli su yoxdur. Ancaq isti kükürdlü sulsra rast gəlinir. Sahillərində ot bitkiləri bitir. Üstəlik giləmeyvələrə belə rast gəlinir. Ətrafında dəniz kələmi geniş ərazini əhatə edir. Sahillərində dəniz samuru yayılmışdır. Burada çoxlu sayda quş koloniyaları məskən salırЧудо-остров Онекотан, чудеса которого мы так и не увидели — Россия — Зеленый чемодан . Ekarma boğazı il Şiaşkotan adasından 8 km (cənub-şərq), Çirinkotan adasından isə 29 km (qərb) yerləşir.

İstinadlar

Mənbə Adanın təsviri. Xəritə.

Kateqoriya:Kuril adaları Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları Kateqoriya:Saxalin vilayətinin yaşayış olmayan adaları Kateqoriya:Rusiyadakı stratovulkanlar