II İzabella () () — İspaniya kraliçası. Atası İspaniya kralı VII Ferdinand, anası isə İki Siciliya kralı I Fransiskin qızı Mariya Kristinadır. Hələ 3 yaşında ikən atasının ani vəfatının ardından İspaniya kraliçası elan edildi. Ancaq onun taxta çıxması əmisi İnfant Karl İsidros tərəfindən tanınmadı və beləcə ölkədə vətəndaş müharibəsi başladı. 1833–1840-cı illərdə anası Mariya Kristinanın, növbəti 3 ildə isə ordu generalı Baldomerin naibliyi ilə ölkə idarə edildi. Bu müddət ərzində ölkədə mütləq monarxiyaya son qoyulmuş, 1834 və 1837-ci illərdə qəbul edilən qanunla konstitusiyalı monarxiyaya keçilmişdi.
1844-cü ildə hakimiyyəti ələ alan II İzabellanın səltənəti intriqalarla keçdi. Nəticədə 1868-ci ildə baş tutan inqilabla taxtdan devrildi və ailəsiylə birlikdə Fransaya qaçdı. 1870-ci ildə rəsmi olaraq taxtdan çəkildiyini elan etdi.
Mənbə Марта Шад. Королевский дом Испании. — М.: Мой Мир, 2005. — (Власть и мифы. Великие династии) — ISBN 5-93820-997-6 Испанские короли. — Ростов-на-Дону: "Феникс", 1998. — (Исторические силуэты) — ISBN 5-222-00028-1 Barton, Simon (2009) A History of Spain 2.ed., Londra:Palgrave Macmillan ISBN 978–0230200128 Carr, Raymond, (ed.) (2001) Spain: A History Oxford ISBN 978–0192802361 Esdaile, Charles J. (2000) Spain in the Liberal Age: From Constitution to Civil War, 1808–1939 Wiley-Blackwell ISBN 978–0631219132
İstinadlar
Kateqoriya:İspaniya kralları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri