Herbert Xamison () — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb.

Həyatı Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib.

Afina Olimpiadası Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.

İstinadlar Kateqoriya:1896 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1896 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib ABŞ idmançıları