Luk Steyn () — Zimbabveli dağ-xizək idmançısı. Luk Steyn Zimbabveni 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil edib. O, Qış Olimpiya Oyunlarında iştirak edən ilk Zimbabveli idmançıdır. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. 2008-ci ildən bu idman növü ilə məşğul olmağa başlamışdır.

Karyerası Luk Steyn Zimbabvenin paytaxtı olan Harare şəhərində anadan olmuşdur. Lakin iki yaşı olarkən ölkəni tərk edərək İsveçrəyə yollanmışdır. Steyn burada qar və xizək idmanı ilə məşğul olmağa başlamışdır.

2014 Olimpiya Oyunları Luk Steyn birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. 3:06.55 saniyəlik nəticəsi ilə 109 atlet arasında 57-ci yeri tutdu.Giant Slalom Sochi Olympics Official website. Retrieved 19 February 2014

Həmçinin bax Zimbabve 2014 Qış Olimpiya Oyunlarında

Mənbələr

İstinadlar

Kateqoriya:2014 Qış Olimpiya Oyunlarında dağ-xizəkçiləri