Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb.
Həyatı Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib.
Afina Olimpiadası Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Afina Olimpiadasında Elleri Klark həm də uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Sent-Luis Olimpiadası Afina Olimpiadasından 8 il sonra Elleri Klark 1904-cü ildə Birləşmiş Ştatların Sent-Luis şəhərində baş tutan III Yay Olimpiya Oyunlarına qatıldı. Çoxnövçülük yarışlarında qüvvəsini sınayan Klark yarışlarda sona qədər mübarizə apara bilmədi.
İstinadlar
Kateqoriya:1896 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1896 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib ABŞ idmançıları Kateqoriya:1904 Yay Olimpiya Oyunlarında yüngül atletlər