Natalya İqorevna Buksa (; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015).
O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer).
Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir.
Şəxsi həyatı 2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb.
İdman nailiyyətləri 2004 — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu. 2006 — 10 yaşadək qızlar arasında Ukrayna çempionu. 2010 — 14 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu. 2012 — 16 yaşadək qızlar arasında Ukrayna çempionatının bürünc mükafatçısı. İyun 2014 — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu. Yanvar 2015 — 20 yaşa qədər qızlar arasında Ukrayna çempionu. Mart 2015 — kişilər arasında beynəlxalq "Lviv Tradition" master turnirində 2-ci yer.March Lviv Tradition (IM-group) İyun 2015 — qadınlar arasında blits üzrə Ukrayna vitse-çempionu. Sentyabr 2015 — 20 yaşa qədər qızlar arasında dünya çempionu (Xantı-Mansi). Dekabr 2015 — qadınlar arasında 75-ci Ukrayna çempionatı (Lvov) — 4-cü yer. Dekabr 2016 — qadınlar arasında 76-cı Ukrayna çempionatı (Rivne) — 2-ci yer.
Ukrayna çempionatlarındakı nəticələri İl ŞəhərTurnir+ − = Nəticə Yer 2015Lvov75-ci Ukrayna çempionatı 3 2 4 9-dan 54 2016Rivne 76-cı Ukrayna çempionatı 52 2 9-dan 6Silver
İstinadlar
Xarici keçidlər FIDE Chess profili Nataliya Buksa. Chess-DB.com Nataliya Buksa. Chessgames.com Nataliya Buksa. 365Chess.com
Kateqoriya:Lvovda doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Ukrayna şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları