Şor Göl () — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd.

Coğrafiya Kənd salmasdan 18 kilometr güneydə, dağlıq ərazidə yerləşir.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 430 nəfər yaşayır (119 ailə). Burada yaşayanlar tamamı ilə şiə inanclı Azərbaycan türklərindən ibarətdir. Ənənələr Şor Göllülərin arasında qurdqoyun oyunu və ayran aşı və küftə kimin yeməklərin bişirib hazırlaması çox yayğındır.

Görməli yerlər Buranın yaxınlığında bir çox mineral su bulağları vardır ki onların ən önəmlisi Tamtama gölüdür.

Qalereya

İstinadlar

Kateqoriya:Salmas şəhristanının kəndləri