Yadigarlı () — () — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 607 nəfər yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır: — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş. — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı. İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir.

Din Kənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.

İstinadlar

Kateqoriya:Nəqədə şəhristanının kəndləri