Aleksandr Moiseyenko ( , 17 may 1980, Severomorsk, Rusiya Sovet Federativ Sosialist Respublikası) Ukrayna şahmatçısı, qrosmeyster (1999).
2003-cü ildə İstanbulda keçirilən Avropa birinciliyində 13 oyundan 8.5 xal ilə 4-11-ci yerləri bölüşdürmüşdür və bunun hesabına Tripolidə keçiriləcək FİDE Dünya Çempionatına vəsiqə qazanmışdır. İlk raundda Dolmatov üzərində 1.5-0.5 hesabı ilə qalib gəlmiş, növbəti raundda Bologan üzərində qələbəni qeyd etmişdir. Növbəti matçda Akopiana məğlub olmuşdur.
2004-cü ildə Olimpiadada qızıl medal almış Ukrayna millisinin tərkibində çıxış edirdi.
2013-cü ildə Avropa Çempionatında birinci olmuşdur. Ümumilikdə 3 dəfə millinin tərkibində Olimpiadalarda iştirak edib.
İstinadlar
Xarici keçidlər
Alexander Moiseenko. Chess-DB.com Alexander Moiseenko. 365chess.com Alexander Moiseenko. fide.com Alexander Moiseenko. chessgames.com
Kateqoriya:Ukrayna şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları