Men körfəzi () — Şimali Amerika sahillərində yerləşən körfəz.
Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir.
Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada).
Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Körfəzdə yerləşən Makias-Sil və Nort-Rok ABŞ və Kanada arasında mübahisəli ərazidir. Mənbə Gulf of Maine Research Institute Kateqoriya:ABŞ dənizləri Kateqoriya:ABŞ körfəzləri Kateqoriya:ABŞ–Kanada sərhədi Kateqoriya:Atlantik okeanın dənizləri Kateqoriya:Atlantik okeanın körfəzləri Kateqoriya:Kanada dənizləri Kateqoriya:Kanadanın körfəzləri Kateqoriya:Massaçusets coğrafiyası Kateqoriya:Mübahisəli su əraziləri Kateqoriya:Nyu-Brunsvik Kateqoriya:Nyu-Hempşir coğrafiyası