Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 125 qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.156.
Toponimi Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi . əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10. IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşat qoyulmuşdur.
Əhalisi 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. Sonra xaricdən — İran və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir və bununla kənd tam surətdə ermənilərin yaşayış məntəqəsinə çevrilmişdir.
İstinadlar
Kateqoriya:Vedibasar kəndləri Kateqoriya:Ararat mərzinin yaşayış məntəqələri