Rostov Zooloji Parkı — Rusiya ərazisində mövcud olan ən iri (ərazisi 90 ha) və növ zənginliyi ilə seçilən zooparkdır. Zoopark Rostov-na-Donuda yerləşir. Rostov Zooloji Parkı nadir və nəsli kəsilmək üzrə olan heyvan növlərinin qorunması ilə əlaqəli 38 proqramın üzvüdür. Üstəlik zoopark ISIS — Xüsusi heyvanlar haqqında beynəlxalq informasiyası sisteminin üzvüdür. Geniş əraziyə malik olması onu xüsusi ilə şəhər əhalisi arasında məşhur edir. Tarixi Zoopark iyun 1927-ci ildə Semyon Mixayloviç Budyonnı adına məktəbin təbii guşəsində yaradılmışdır. Bu guşə əsasən məktəbin şagird və müəllim heyətinin səyi sayəsində yaradılmışdır.
26 iyun 1927-ci ildə bu guşə geniş şəkildə istifadəçilərin ziyarəti üçün açıq elan edilir. thumb|right|240px 1929-ci ilin payızında kolleksiya şəhər kənarına köçürülür və beş şəhər bağı ona birləşdirilir. Zooparkın ilk direktoru Vladimir Vilhelmoviç Keqel olmuşdur.
1930-cu ildə zooparkda ilk dəfə ekzotik canlılar gətirilir: fil, şir, pələng, puma, bəbir, timsah, dəniz şiri, ilan, meymun, tutuquşu, lama, dəvəquşu.
1935-ci ildə parkda ilk dəfə olaraq Emu dəvəquşusu bala vermişdir. Bu quşlarla ölkənin bütün zooparkları təmin edilir hətta Çin və Rumıniya zooparklarına belə göndərilir.
5 sentyabr 2009-ci ildə zooparka Almaniyadan üç fil gətirilmişdir. 13 il idi ki, zooparkda fil yox idi. Onlar ağ ayını almanlara verərək əvəzində 3 fili alırlar. Bununla da bitmədi artıq 2010-cu ilin dekabrında filin balası olur. Yeni doğulan bala dişi olur 2016-cı ildən zooparın direktoru Aleksandr Jadobindir Kolleksiya thumb|Kərgədan Rostov Zooloji Parkı, avqust 2008 Zoopar Rusiyanın ən iri zooparklarından biridir. Burada 50000 heyvan vardır. Onlar ümumilikdə 400 növdə birləşirlər. Hansı ki 150 növ qırmızı kitaba daxildir. Dünyanın dörd bir yanından buraya canlılar gətirilmişdir.
Ədəbiyyat Мирошникова К. К. У истоков Ростовского зоопарка. Ростов н/Д : РГПУ, 1993. 76 с.; Мирошникова К. К. Страницы истории Ростовского-на-Дону зоопарка // Роль зоопарков в сохранении редких животных и экологическом просвещении : материалы науч.-практ. конф., посвящ. 75‑летию Рост. зоопарка. Ростов н/Д, 2003. С. 3–10; Браиловская Л. Как школьный кружок разросся до 90 га // Мой Ростов. 2014. 29 апр. С. 5; Медведева Ю. В годы военного лихолетья // Мне интересно. 2010. № 3–4. С. 14–15; Кегель В. В. Ростовский краевой зоологический сад // Краеведение на Северном Кавказе. 1928. № 3–4. С. 83–84.
İstinadlar
Mənbə Rostov Zooloji Parkının saytı Heyvanların öldürülməsi barədə məlumat Məqalə «Rostov Zooloji Parkında gəzinti» 2009 il. Zoopark tarixi
Kateqoriya:Rusiya zooparkları Kateqoriya:Rostov-na-Donu tikililəri Kateqoriya:Rostov-na-Donunun görməli yerləri