All Eyez on Me — Tupak Şakurun 4-cü studiya albomu. Eyni zamanda albom 2pac-ın yaşayarkən çıxartdığı son albomudur. 13 fevral 1996-cı ildə buraxılan albom ilk həftəsində təxminən 566 min nüsxə satıldı. Tupakın ən yaxşı işi olaraq da qəbul edilən albom həm də hip-hop tarixindəki ilk iki diskli albomdur. RIAA-a görə albom bütün vaxtların ən çox satılan rep albomlarından biridir. 1998-ci ilin iyun ayında RIAA tərəfindən 9x platin olaraq qeyd edildi. 2014-cü ilin iyul ayında isə albomun satışı ABŞ daxilində 10 milyon nüsxəni keçdi və RIAA tərəfindən "Almaz albom" statusunu aldı.
Albom haqqında 1995-ci ilin oktyabr ayında Şuq Nayt, təcavüz iddiası ilə həbsdə olan Tupak Şakura zamin durdu və $1.4 milyon ödəyərək həbsdən çıxartdı. Zaminliyin qarşılığında Tupak Death Row Records musiqi şirkəti ilə 3 albom çıxartmaq üçün müqavilə imzaladı. Həbsdən çıxıb studiyaya gələn Tupak Şakur albomu sadəcə 2 həftədə bitirdi. "All Eyez on Me" albomu iki diskli olduğundan Tupak 3 albomluq müqaviləsinin 2 albomunu təhvil vermiş oldu. Albomun ilk adı "Euthanasia" olaraq düşünülmüşdü, lakin səsyazma zamanı "All Eyez on Me" olaraq dəyişdirildi.
Albomda Tupak Şakurun duet oxuduğu musiqiçilər arasında köhnə Thug Life üzvləri və The Outlawz qrupu, həmçinin Snoop Dogg, Dr. Dre, Nate Dogg, Corc Klinton və başqaları vardır. Çoxunun prodüserliyini Daz Dillinger və Johnny "J" etdi. California Love və Can't C Me isə Dr. Dre'nin işi idi. Tupak Şakur həbsdən təzə çıxarkən Dr. Dre California Love üzərində işləyirdi və Tupakın ona qoşulmaq təklifini rədd etmədi.Tupac Resurrection
Albom ilk həftəsində 566 min nüsxə satılaraq Billboard 200 siyahısına 1-ci sıradan girdi. 2-ci həftə 270 min nüsxə satılan albom birinciliyini qorudu. Ölümündən sonra 1997-ci ildə albom "İlin Ən Yaxşı Rep Albomu" mükafatını qazandı. Albom bütün dünyada 18 milyon nüsxədən çox satılıb. Tarixin ən yaxşı hip-hop albomlarından biri hesab olunur.
Mahnı siyahısı CD 1 #MahnıProdüserDuetVaxtı1"Ambitionz az a Ridah"Daz Dillinger4:392"All bout U"Johnny "J", 2PacNate Dogg, Kadafi, Hussein Fatal, Snoop Doggy Dogg4:373"Skandalouz"Daz DillingerNate Dogg4:094"Got My Mind Made Up"Daz DillingerDaz Dillinger, Kurupt, Method Man, Redman5:135"How Do U Want It"Johnny "J"Jodeci4:476"2 of Amerikaz Most Wanted"Daz DillingerSnoop Doggy Dogg4:077"No More Pain"DeVanté Swing6:148"Heartz of Men"DJ Quik4:439"Life Goes On"Johnny "J"5:0210"Only God Can Judge Me"Doug Rasheed and Harold Scrap FrettyRappin' 4-Tay4:5711"Tradin’ War Stories"Mike Mosley, Rick RockKastro, C-Bo, Napoleon, Storm, E.D.I.5:2912"California Love"Dr. DreDr. Dre, Roger Troutman6:2513"I Ain't Mad at Cha"Daz DillingerDanny Boy4:5314"What’z Ya Phone #"Johnny "J", 2PacDanny Boy5:10
CD 2 #MahnıProdüserDuetVaxtı1"Can’t C Me"Dr. DreGeorge Clinton5:302"Shorty Wanna Be a Thug"Johnny «J»3:513"Holla at Me"Bobby «Bobcat» Ervin, Dj NayaJewell4:564"Wonda Why They Call U Bitch"Johnny «J», 2Pac4:195"When We Ride"DJ PoohOutlaw Immortalz5:096"Thug Passion"Johnny "J", 2PacJewell, Kastro, Kadafi, Napoleon, Storm5:087"Picture Me Rollin’"Johnny "J"CPO, Danny Boy, Big Syke5:158"Check Out Time"Johnny "J"Kurupt, Big Syke, Natasha Walker4:399"Ratha Be Ya Nigga"Doug RasheedRichie Rich4:1410"All Eyez on Me"Johnny «J»Big Syke5:0811"Run tha Streetz"Johnny «J», 2PacMichel'le, Napoleon, Storm5:1712"Ain’t Hard 2 Find"Mike Mosley, Rick RockC-Bo, D-Shot, B-Legit, E-40, Richie Rich4:2913"Heaven Ain’t Hard 2 Find"QD3Danny Boy3:58
İstinadlar
Kateqoriya:1996-cı ilin musiqi albomları Kateqoriya:Death Row Records albomları Kateqoriya:Interscope Records albomları Kateqoriya:Tupak Şakur albomları