Kimyəvi rabitə — molekullarda və onlar arasında əlaqə yaradan qüvvələr toplusu. Kimyəvi rabitə- maddənin xassəsi onun kimyəvi tərkibi, molekulundakı atomların qarışılıqlı təsiri ilə müəyyən edilir. Atomun quruluş nəzəriyyəsi kimyəvi rabitənin təbiətini və molekulun əmələgəlmə mexanizmini izah edir.

Kimyəvi rabitənin növləri Rabitələrin aşağıdakı növləri var:

Hidrogen Kovalent İon Metal

Molekul Molekul, iki və daha çox atomdan təşkil olunmuş hissəcikdir. Ən sadə molekul iki hidrogen atomundan əmələ gəlmiş hidrogen molekuludur (H2).

Molekulda atomları bir-birinə bağlayan qüvvələr cəmi kimyəvi rabitə adlanır.

Müəyyən edilmişdir ki, kimyəvi rabitənin yaranması və onun təbiəti, əsasən qarşılıqlı təsirdə olan element atomlarının xarici elektron təbəqələrinin quruluşu ilə əlaqədardır.

Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir.

Oktet qaydasına görə, kimyəvi rabitə yaranarkən xarici energetik səviyyələr tamamlanır, əksər hallarda 8 elektronlu oktet… ns2np6, bəzi hallarda (H-, He0, Li+, Be2+, B3+ atom və ionları üçün 2 elektronlu dublet vəziyyəti −1s2 yaranır.

Elementlərin elektromənfiliyi Birləşmələrdə kimyəvi rabitənin tipini qabaqcadan bilmək üçün elementlərin elektromənfilik anlayışından istifadə edilir. Kimyəvi rabitənin tipi birləşən atomların elektromənfiliklər fərqindən asılıdır.

Elementlərin elektromənfiliyi bir-biri ilə qarşılıqlı təsirdə olan atomların arasında elektronların paylanmasına təsir edir. Maddələrdə elektronların paylanmasının xarakterinə görə kimyəvi rabitənin üç əsas tipi ayırd edilir. Kovalent, ion və metal rabitəsi. Kovalent rabitə elektromənfilikləri eyni olan və ya elektromənfilikləri az fərqlənən qeyri-metal atomları arasında yaranır.

Məsələn: elektromənfilikləri eyni olduqda (H2, O2, N2, F2, Cl2, Br2, J2, P4, S8), elektromənfilikləri az fərqləndikdə (H2S, H2O, HCl, NH3, və s.)

Kovalent rabitə thumb|Qeyri-polyar kovalent rabitə thumb|Polyar kovalent rabitə thumb|200px|Elektron cütünün yerləşməsi və dipol momenti Molekulların əksəriyyətinin əmələ gəlməsi kovalent rabitənin yaranması ilə bağlıdır. Kovalent rabitə nəzəriyyəsinin əsasını qarşılıqlı təsirdə olan elementlərin xarici davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir. Lakin kovalent rabitənin yaranması zamanı elektronun bir element atomundan digərinə tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının tək elektronlarının orbitallarının bir- biri ilə qapanması hesabına elektron cütləri yaranır ki, bunlar da hər iki atoma eyni dərəcədə aid olub, onların arasında rabitə yaranmasına səbəb olur.

Ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsi ilə yaranan kimyəvi rabitəyə kovalent və ya atom rabitəsi deyilir.

Əlaqələndirici (ümumi) elektron cütünün yaranmasında iki atom iştirak edir və onun əmələ gəlməsi üçün hərəsi bir elektron verir. Bu elektronlar hər iki atomun xarici elektron təbəqəsində yerləşir.

Ümumi elektron cütünü əsasən, rabitə yaradan atomların cütləşməmiş (tək ↓) elektronları əmələ gətirir. Bu zaman cütləşən elektronlar antiparalel spinlərə (↑↓) malik olmalıdır. Yəni elektronların eyni orbitalda (↑↑) və (↓↓) şəklində yerləşməsi mümkün deyil. (Н2, Cl2, NH3, CH4, СО2, F2) və s molekullarının yaranmasının elektron cütləri ilə göstərilmiş formuluna adətən molekulun elektron formulu deyilir. Kovalent rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu ikimərkəzli rabitədir. Lokallaşmış rabitə dedikdə məhdud sayda yalnız iki atom arasında təsir göstərən rabitə başa düşülür.

Bir kovalent rabitəni bir elektron cütü əmələ gətirir. Yəni kovalent rabitə qoşa nöqtə (:) və ya xətt ilə (-) göstərilir. Kovalent rabitə ilə əmələ gəlmiş maddənin tərkibində əsasən metal olmur.

Məs; H—H, H—O—H və s.

Kovalent rabitənin əmələ gəlmə mexanizmi Kovalent rabitə, əsasən iki müxtəlif mexanizm üzrə əmələ gəlir: 1) əks spinli elektronların qoşalaşması (cütləşməsi) ilə (mübadilə mexanizmi) 2) donor-akseptor mexanizmi ilə.

Mübadilə mexanizmi ilə kovalent rabitə atomların əks spinli tək elektronlarının cütləşməsi (şərikləşdirilməsi) yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması (bir-biri ilə örtülməsi) kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir. Neytral atomda mübadilə mexanizmi ilə kovalent rabitə yaradan elektronların sayı tək elektronların sayına bərabərdir.

Burada özünün bölünməmiş elektron cütünü ümumi istifadə üçün təqdim edən A atomu donor, boş orbitallarının vasitəsilə hazır elektron cütünə ortaq olan B atomu isə akseptor adlanır. Bu yolla əmələ gələn kovalent rabitə donor-akseptor və ya koordinasiya rabitəsi də adlanır.

Kimyəvi rabitənin bu növü 1893-cü ildə kompleks birləşmələrin koordinasiya nəzəriyyəsini yaratmış A. Verner tərəfindən kəşf edilmişdir və bununla əlaqədar olaraq, donor-akseptor rabitəsi əvvəllər kordinativ rabitə adlandırılmışdır.

Donor-akseptor mexanizmi ilə əmələ gələn rabitəyə misal kimi ammonium ionunun (NH4+), dəm qazının (CO), hidroksonium ionunun (H3O+)əmələ gəlmə sxemini göstərmək olar. Ammonyakdakı (NH3), azot atomunun bölünməmiş elektron cütü iki nöqtə ilə, hidrogen ionunun (H+) boş orbitalı dördbucaqlı □ şəklində işarə edilirsə, onda ammonium ionunun əmələ gəlmə sxemini aşağıdakı kimi göstərmək olar.

NH3 + H+ → NH4+

Müəyyən edilmişdir ki, ammonium ionunda (NH4+), N-H rabitələrinin hamısı eyni xassəlidir. Deməli, mübadilə ilə əmələ gələn kovalent rabitə donor-akseptor mexanizmi ilə yaranan rabitədən fərqlənmir. Azotun 2s22p3 valent elektronlarından 2p3-dəki 3e-mübadilə mexanizmi ilə, 2s2-dəki 2e- isə donor- akseptor rabitə yarada bilər.

Ammonium duzlarında donor-akseptor rabitələrinin sayı, ammonium ionunun sayına bərabərdir, çünki ammonium ionunda bir donor-akseptor rabitə vardır. Dəm qazı molekulunda da bir donor-akseptor rabitə vardır. CO-da oksigen atomu donor, karbon atomu isə akseptordur. Dəm qazı molekulunun əmələ gəlməsində karbonun 2, oksigenin 4 elektronu (ümumilikdə 6 elektron), karbonun 3, oksigenin 3 orbitalı iştirak edir.

Kovalent rabitənin növləri Elektron cütünün atomlar arasında paylanması xüsusiyyətinə görə kovalent rabitənin iki növünü ayrıd edirlər: qeyri-polyar və polyar- kovalent rabitə.

Elektromənfiliyi eyni olan atomlar arasında elektron cütü atomların nüvələri arasında simmetrik yerləşir. Bunun nəticəsində əmələ gələn molekulda müsbət və mənfi yüklərin mərkəzləri üst-üstə düşür.

Elektromənfiliyi eyni olan atomlar (eyni növ qeyri-metal atomları) arasında ümumi elektron cütünün əmələ gəlməsi hesabına yaranan kovalent rabitəyə qeyri-polyar kovalent rabitə deyilir. Qeyri-polyar kovalent rabitə, əsasən çox atomlu bəsit maddələrdə yaranır. Kovalent rabitənin xassələri.

Kovalent rabitənin əsas xarakterik xassələri onun möhkəmliyi, enerjisi, doymuşluğu və istiqamətlənməsi, polyarlığı və uzunluğudur.

Kovalent rabitənin möhkəmliyi (davamlılığı). Atom nüvələrini birləşdirən (σ-rabitədə) elektron buludlarının örtülməsindən asılı olaraq kovalent rabitə müxtəlif dərəcədə möhkəm ola bilər. Atom nüvələri arasında elektron sıxlığı böyük olduqca rabitə daha möhkəm olur. Beləliklə kimyəvi rabitənin möhkəmliyi əsasən aşağıdakılardan asılıdır:

Elektron buludlarının örtülməsi nəticəsində hansı rabitənin (σ- və ya π) yaranması, yəni kovalent rabitənin doymuşluğu. Rabitənin uzunluğu. Rabitənin polyarlığı.

Kimyəvi rabitənin enerjisi. Kimyəvi rabitənin ən mühüm xarakteristikası onun möhkəmliyini müəyyən edən enerjidir. Rabitənin möhkəmlik enerjisi onun qırılmasına sərf olunan enerjinin miqdarıdır. Rabitə enerjisi, rabitəni qırmaq üçün lazım olan enerjinin miqdarıdır.

Rabitə enerjisi adətən 1 mol rabitəyə aid edilib kC-la ölüçülür. Belə ki, 1 mol hidrogenin rabitə enerjisi 436kC/mol-a bərabərdir. Rabitənin qırılması prosesini termokimyəvi tənlik şəklində belə təsvir etmək olar.:

H-H→2H-436kC/mol və ya ∆H=+436 kC/mol

Çox atomlu bəsit maddələrin atomlara parçalanma reaksiyalarının hamısı homolitik qırılma ilə gedən (X÷X→2X∙) endotermik reaksiyadır. Aydındır ki, ayrı-ayrı atomlardan 1 mol çox atomlu bəsit maddə əmələ gəldikdə enerji ayrılır.

H·+·H→H2 +436kC/mol və ya ∆H= 436kC/mol

Ayrılıqda 1 molekul üçün rabitə enerjisni hesabladıqda rabitəni qırmaq üçün lazım olan minimum enerjinin miqdarını Avoqadro sabitinə (6,02·1023 mol-1)bölmək lazımdır. Deməli hidrogenin bir molekulunda H-H rabitəsinin enerjisini hesablamaq üçün 436kC/mol-u 6,02·1023mol-1ə bölmək laızmdır. Buradan görünür ki, ayrı-ayrı molekulların rabitə enerjisinin ədədi qiyməti çox kiçikdir. Ona görə də praktikada 1 molekul deyil, 1mol maddəyə düşən rabitə enerjisinin ədədi qiymətlərindən istifadə edilir.

Çox atomlu molekullarda, məsələn metan (CH4) molekulunda rabitə enerjisni təyin edərkən, əvvəlcə dörd C-H rabitəsinin hamısının qırılma enerjisini hesablayıb, sonra bir rabitənin qırılma enerjisnin orta qiymətini tapırlar. Lakin hər ayrıca rabitə enerjisinin həqiqi qiyməti onun orta qiymətindən bir qədər fərqlənir. Rabitə enerjisi anlayışından istifadə edərək niyə bəzi kimyəvi reaksiyaların ekzotermik bəzilərinin isə endotermik olduğunu müəyyən etmək olar.

Reaksiyada alınan maddələrin atomları arasındakı rabitələrin enerjiləri cəmi ilə reaksiyaya daxil olan maddələrin molekulundakı atomlar arasında rabitlərlərin enerjiləri cəmi arasındakı fərq kimyəvi reaksiyanın istilik effektini müəyyənləşdirir. Bu fərq müsbət olduqda reaksiya ekzotermik, mənfi olduqda isə endotermik olur. Entalpiya dəyişməsi (∆H) ilə hesablandıqda əksinə olur.

Kovalent rabitənin doymuşluğu Məlumdur ki, atomlar yalnız məhdud sayda kovalent rabitə əmələ gətirməyə qabildir. Bu da onların valentlik imkanları ilə izah edilir. Əvvəla, kovalent rabitənin əmələ gəlməsi imkanı valentlik elektronlarının (və ya kovalent rabitə əmələ gətirən orbitalların) sayı ilə müəyyən edilir. Ikincisi atomların valentlik imkanları xarici energetik səviyyədə boş orbitalları olan digər atomlara verilə bilən bölünməyən elektron cütlərinin sayı ilə müəyyən edilir. Donor-akseptor rabitə əmələ gətirə bilən maddə molekullarında (NH3, H2O) kovalent doymamışlıq vardır. Donor-akseptor rabitə əmələ gəldikdən sonra kovalent doymuşluq müşahidə edilir.

Kovalent rabitənin istiqaməti Kovalent rabitənin bu xassəsi molekulların fəza quruluşunu şərtləndirir. Elektron buludlarının qarşılıqlı örtülməsi zamanı fəzada hansı formada və hansı istiqamətdə olmasından asılı olmayaraq, molekulu xətti və bucaq formasında olan birlşmələr yarana bilər (bu "hibridləşmə" mövzusunda daha ətrfalı izah ediləcəkdir). Kimyəvi rabitələrin istiqaməti fəzada elektron buludlarının müxtəlif cür yerləşməsi ilə izah edilir.

Kovalent rabitə ilə əmələ gəlmiş iki atomlu (binar) maddələr (məsələn: H2, N2, F2, Cl2, Br2, J2, HF, HCl, HBr, HJ, CO, NO, СО2, C2H2 və s) xətti quruluşludur.

Rabitənin uzunluğu rabitəni əmələ gətirən atomların nüvələri arasındakı məsafədir, nanometrlə (nm) ölçülür. Kimyəvi rabitənin uzunluğu nə qəədr qısa olarsa, rabitə bir o qədər davamlı olur.

CnH2n+2 ümumi formuluna malik karbohidrogenlərdə (C2H6, C3H8, C4H10 və s) eləcə də CnH2n ümumi formuluna malik tsiklik karbohidrogenlərdə (tsikloalkanlarda) karbon atomları arasındakı rabitənin (yəni C-C rabtəsininn) uzunluğu 0,154 nm, CnH2n ümumi formuluna malik açıq zəncirli karbohidrogenlərdə (yəni alkenlərdə) yalnız ikiqat (C=C) rabitənin uzunluğu 0,134nm, CnH2n-2 ümumi formuluna malik alkinlərdə (asetilen sırası karbohidrogenlərdə) üç qat (C≡C) rabitənin uzunluğu 0,120nm-dir.

Qeyri-Polyar kovalent rabitə Əgər rabitə əmələ gətirən atomların elektromənfilikləri müxtəlifdirsə, başqa sözlə müxtəlif qeyri- metal atomları birləşərsə, onda şərikləşdirilmiş elektron cütü (kovalent rabitə əmələ gətirən elektron cütü) qeyri-simmetrik vəziyyət alır, yəni elektron cütü elektromənfiliyi çox olan atoma doğru cəzb olunur.