Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir.

1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.174, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.54, Bulxeyirİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.lll, Qafqazın 5 verstlik xəritəsində BlxerД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.40 formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.4.

Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur383, c.222265, s.38.

Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır.

Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şenavan qoyulmuşdur.

Toponim Bəlqər — İrəvan quberniyasının Novobayazid qəzasında (indi Abaran r-nunda) kənd adıПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.. 1950-ci ildə ermənicə Şenavan adlandırılmışdır. XVII əsrin əvvəllərinə aid mənbədə Bulxər kimidirСимеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958.. Qədim türk mənşəli Bolqar tayfasının adını əks etdirir. "Kitabi-Dədə Qorqud" eposunda Belqar tayfasının adı çəkilir.Алияров С.С. Об этногенезисе азербайджанского народа. "К проблеме этногенезиса азербайджанского народа". Баку, 1984. s.13–18 Bolqarlar indiki Ermənistan ərazisində er.əv. II əsrdə məskunlaşmışlar.

Əhalisi

İstinadlar

Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri