Seuta (; )Ceuta . Oxford Dictionaries. - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadis muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi.
2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır. Dini inanc baxımından xristianlar və müsəlmanlar üstünlük təşkil edirlər. Şəhər əhalisinin 54 mini xristian, 16 mini müsəlman, 600-700 civarında yəhudi və 500 nəfərə yaxını sindlərdən ibarətdir. Mərakeş Seuta və Melilyanın tarixi əraziləri olduğunu iddia edir. Ərazidə ilk insan məskənləri eramızdan əvvəl V əsrdə formalaşmağa başlamışdır. Müsəlman hakimiyyətinin sona çatması isə 1415-ci ilin 14 avqust tarixinə təsadüf edir. Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən muxtariyyətin prezidentidir.
Tarix thumb|left|210px|Seuta Kral Divarlarının görünüşü. thumb|right|250px|Seuta liman şəhərinin 1572-ci ilə aid təsviri. Seutada ilk insan məskənlərinin eramızdan əvvəl V əsrdə yarandığı təxmin edilir. Karfagen şəhər dövlətinin ərazi ilə ticarət əlaqələrinin olduğu və yerləşdiyi coğrafi şəraitlə əlaqədar bir çox ticarət gəmilərinin Seutadan keçdiyi məlumdur. Seuta şəhərinin mərkəzində Abyla tarixi şəhər-koloniyasının xarabalıqları yerləşməkdədir. Arxeoloji qazıntılar zamanıda məlum olmuşdur ki, Seuta ərazisindəki, ilk insan məskənləri Abyla və ətrafında mövcud olmuşdur. Abyla adına yunan və latın dilində yazılmış bir çox mənbələrdə rast gəlinir. Qədim Yunan yazılarında şəhər müxtəlif (, Ἀβύλα, Ἀβλύξ, Ἀβίλη στήλη – Abyle, Abila və ya Ablyx) ad formaları ilə xatırlanır.
Seuta Cəbəllütariq ilə birlikdə məşhur Herakl sütunlarına ev sahibliyi etməsi ilə də tarixdə xatırlanır.A Latin Dictionary. Founded on Andrews' edition of Freund's Latin dictionary. revised, enlarged, and in great part rewritten by. Charlton T. Lewis, Ph.D. and. Charles Short, LL.D. (Oxford:Clarendon Press, 1879), "Abyla" Ərazi sonralar romalılar tərəfindən ətrafında yerləşən yeddi kiçik dağın şərəfinə () Yeddi Qardaşlar olaraq adlandırılmışdır. Roma coğrafiyaşünası, tarixçisi Pomponi Melanın əsərlərində də bu ərazinin adı çəkilir.
Vandalların hücumlarından sonra ərazi Romanın nəzarəti altından çıxır. Bizans imperiyasının tərkibində liman məntəqəsi kimi formalaşan şəhər eyni zamanda xristianlığında önəmli mərkəzlərindən birinə çevirlmişdi. VII əsrdə Əməvilərin ərazini işğal etmək cəhdləri uğursuzluqla nəticələnir. Bərbər müsəlman sərkərdəsi Tariq İbn Ziyad vesqotlara qarşı mübarizə apararkən ərazidən hazırlıq mərkəzi kimi istifadə etmişdir.
Seutanın knyazı Juliyanın ölümündən sonra bölgənin nəzarəti tamamilə bərbər tayfalarının əlinə keçir. 740-cı ildə baş tutan xaricilərin üsyanı zamanı şəhər tamamilə dağıdılır. Seuta IX əsrə qədər bərpa edilməmiş və xaraba vəziyyətində qalmışdır. Yalnız IX əsrdə hakimiyyətə gəlmiş və qısa müddət mövcud olmuş Banu sülaləsinin rəhbəri Majakas şəhəri yenidən bərpa etmişdir. Majakasın nəvəsi İdrisilər sülaləsi ilə münasibətlərini inkişaf etdirməsinə baxmayaraq, 931-ci ildə Banu sülaləsinin hakimiyyətinə I Kordova Xəlifəsi III Əbdürrəhman tərəfindən son qoyuldu.
927-ci ildə Seuta, Melilya ilə birlikdə Əndəlüslü mavrların nəzarətinə keçmişdi. 951-ci ildə Tanjer şəhəridə bu sıraya qoşulmuşdur. 1031-ci ildə Kordova xilafətinin dağılması ilə ərazidə müsəlmanların nüfuzu zəifləməyə başladı. Şimali Afrikada mövcud olan müsəlman bölgələri artıq bir necə tayfanın arasında bölünmüş vəziyyətdə idarə olunurdu. 1084-cü ildən 1147-ci ilə qədər ərazi Əlmüvəhhidilər sülaləsinin nəzarəti altında idarə olunmuşdur. 1232-ci ildə İbn Hudun üsyanı istisna olmaqla ərazi növbəti dəfə Tunis mənşəli Hafsilər hakimiyyətə gəldikdə əl dəyişdirmişdir. Hafsilərin Qərb ərazilərindəki mövqelərinin sürətlə zəifləməsindən sonra şəhər üzərindək üstünlükləri azalmağa başlamışdır.
1249-cu ildə Seuta tamamilə Hafsilərin nəzarəti altından çıxmışdır. Bundan sonrakı dövr ərzində vahid hakimiyyət yaradılmamış, sadəcə Qranada əmirliyi və Fas Krallığının maraqları daxilində bölgə idarə edilmişdir. Portuqaliya krallığı ilə Merinlər xanədanlığı arasında 1415-ci ilin 21 avqust tarixində baş tutan Seuta müharibəsi nəticəsində Portuqaliya krallığının kralı I Juannın rəhbərlik etdiyi ordu qalib gəlir və bununla da Seutada müsəlman hökmdarlığı tamamilə başa çatır. 1418-ci ildə Qranada əmirliyi və Merinlərin birləşmiş ordusu tərəfindən şəhər mühasirəyə alınsada nəticə əldə olunmur. İspaniya kralı II Filippin hakimiyyəti dönəmində Seuta İberiya ittifaqı daxilində idarə olunmağa başlanır. thumb|left|300px|Seuta XX əsrin əvvəllərində. Bu dönəmlər artıq Seutanın portuqal təsirindən çıxıb ispan təsirinə düşdüyü dövr kimi də xarakterizə edilir. XV əsrdən etibarın şəhərdə ispan kökənli tacirlərin və sakinlərin sayı çoxalmağa başlamışdır. 1668-ci ilin 1 yanvar tarixində imzalanmış Lissabon şəhərində eyni adlı müqavilə imzalanır. Müqaviləyə əsasən Portuqaliya imperiyası Seutanın İspaniya imperiyasının ərazisinə qatılmasına razılıq verirdi. 1694-cü ildən 1727-ci ilə qədər şəhər Mərakeş kralı İsmail İbn Şərifin ordusu tərəfindən mühasirədə saxlanılsada bir nəticə əldə olunmamışdır. Tarixin ən uzun mühasirələrindən biri kimi qəbul edilən bu mühasirədə əsas döyüşlər şəhərin qala divarları yaxınlığında gedirdi. Mühasirədən sonra şəhərdə demək olar ki, portuqal izləri tamamilə aradan çıxmış və öz yerini ispan-ərəb irsinə ötürmüşdür. Seutada portuqal izlərinin itməsinə baxmayaraq muxtariyyətin bu gün ki, gerbində Portuqaliya bayrağının mərkəzində əks olunan simvolun eynisi əks olunmuşdur.
1936-1939-cu illəri əhatə edən İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun qalib gəlməsi ilə İspaniya üçün yeni bir dövr başlamışdır. Seuta üsyan hərəkatlarının ilk başladığı nöqtələrdən biri idi və buradakı üsyanlar amansızlıqla yatırılmışdır. Frankoya bağlı birlikləri şəhərdə baş verən üsyanları yatırılması ilə bölgə üzərindəki nəzarət bərpa olunmuşdur. Sonrakı dövrlərdə Seutada Fransisko Frankonun şərəfinə heykəl uçaldılmışdır.
1956-cı ildə İspaniya rəsmi şəkildə Mərakeşin müstəqilliyini tanıdıqda Seuta və Plazas de soberanía adı verilən ərazilərin İspaniya torpağı və ölkənin ayrılmaz tərkib hissəsi olduğunu bəyan etdi. Mərakeş bu qərarla razılaşmadı. Əndəlus tarixi vilayətinə daxil olan Seuta XX əsr boyunca Kadiz Muxtar Vilayətinin şəhəri olmuşdur. İspaniya sahillərindən cəmi 20 km məsafədə yerləşən şəhərdə XX əsrdən etibarən ispan və bərbər-ərəb mədəniyyətləri ahəngdar şəkildə inkişaf etməyə başlamışdır. thumb|right|160px|2001-ci ildən bəri muxtariyyətin prezidenti olan Xuan Xesus Vivas. XVII İspaniya Kralı I Xuan Karlosun 2007-ci ilin 5 noyabr tarixində Seutaya rəsmi səfər etməsi şəhərdə böyük maraqla qarşılansada, Mərakeş tərəfində ciddi etirazlar və mitinqlərə səbəb olmuşdur. Bu səfər son 80 ildə İspaniya rəsmiləri tərəfindən edilmiş ən yüksək səviyyəli səfər hesab olunur. 2010-cu ildən etibarən Seuta və Melilyada Qurban bayramı rəsmi bayram kimi qeyd olunmağa başlanmışdır. Belə ki, bayram günləri şəhərdə tətil hesab olunur. Rekonkistadan sonra ilk dəfə olaraq Seutada qeyri-xristian dini bayramı rəhbərlik səviyyəsində qeyd edilməkdədir.
Coğrafiyası
Seuta qərb sərhədlərindən qonşu olduğu Mərakeş ilə Monte Anyera təpələri ilə əhatələnmişdir. Mərakeşlə sərhəd bölgələrdəki dağlarda eyni zamanda hərbi məqsədlər üçün inşa edilmiş qala yerləşir. Limana baxan Almina yarımadasındakı Monte Xakoda yunan əsatirlərində xatırlanan Herakl sütunlarının var olduğu ehtimal olunur.
Siyasət
Seuta 1995-ci ildən etibarən Melilya ilə birlikdə muxtariyyət statusuna sahibdir. Rəsmi yazışmalarda şəhərin rəsmi adı kimi () Seuta Muxtar Şəhəri göstərilir və şəhər standart İspaniya şəhərlərindən fərqlənmir. Seuta Avropa İttifaqının sahəsinə daxildir. İspaniyanın 1986-cı ildə Avropa İttifaqına qoşulmasına qədər şəhər azad liman zonasına daxil idi. 2006-cı ilin məlumatlarına əsasən şəhərdə 75,861 nəfər əhali məskunlaşıb.
1979-cu ildən etibarən hər dörd ildən bir şəhər şurasında mövcud olan 25 nəfərlik məclis üçün seçkilər keçirilir. Ərazi muxtar bölgə olduğundan seçilmiş ən ali şəxsdə prezident statusu daşıyır və bölgənin idarə olunmasında yüksək söz sahibidir. 2011-ci ildə keçirilən seçkilər zamanı Xalq Partiyası 25 mümkün yerdən 18 yeri əldə edərək Seutada başa keçmişdir. Xalq Partiyasından olan Xuan Xesus Vivas 2001-ci ilin 8 fevral tarixindən Seuta Muxtariyyətinin Prezidenti kimi fəaliyyət göstərməkdədir. thumb|left|250px|Mərakeşlə sərhəd bölgədə yerləşən kiçik Benzu qəsəbəsi. Arxa fonda görünən Jebel Musa dağları Mərakeş ərazisində yerləşir. Seuta Məsclisində mövcud olan 25 yerdən 4 yerə İspaniya Sosialist İşçi Partiyası və yenə də 4 yerə Kaballas koalisiyası sahibdir. Seuta inzibati baxımdan 63 məhəllə vahidindən ibarətdir. Bu vahidlər ispan dilində () olaraq adlandırılır. Seutanın əhalisi az olduğundan İspaniyanın əsas qanunverici orqanı olan Deputatlar Konqresində cəmi 1 nəfərlə təmsil olunur
Mərakeş ilə olan problemlər Mərakeş tarixdə olan faktları əsas gətirərək Seuta və Melilya ərazilərinin tarixi torpaqları olduğunu və həmin torpaqların zamanla portuqallar və daha sonrakı dövrlərdə ispanlar tərəfindən işğal edildiyini bəyan edir. Mərakeş öz iddialarında həmin ərazilər başda olmaqla daha bir necə mübahisəli ərazidə İspaniyanın suverenliyini tanımır.thumb|right|220px|Böyük Mərakeş millətçi ideyasına görə Qərbi Səhra, Əlcəzair və Malinin bəzi inzibati vahidləri və Seuta və Melilya əraziləri də Mərakeşə birləşdirilməlidir. İstər Seutada, istərsə də Melilyada olan toplumlar hər iki şəhərin iki dövlət arasında problemli ərazi kimi təqdim edilməsinə qarşıdır və rəyi sorşulanların əksəriyyəti Mərakeşdən daha çox İspaniyanın nəzarəti altında qalmağa üstünlük verdiklərini bəyan ediblər.* François Papet-Périn, "La mer d'Alboran ou Le contentieux territorial hispano-marocain sur les deux bornes européennes de Ceuta et Melilla". Tome 1, 794 p., tome 2, 308 p., thèse de doctorat d'histoire contemporaine soutenue en 2012 à Paris 1-Sorbonne sous la direction de Pierre Vermeren.
İspaniya hökumətinin məsələyə rəsmi münasibəti Seutanın İspaniyanın ayrılmaz tərkibi hissəsi olmasıdır. Belə ki, hökumət Seuta və ya Melilyanı İspaniyanın hər hansısa başqa bir şəhərindən fərqləndirmədiklərini və mübahisə predimeti kimi görmədiklərini bəyan ediblər. Buna misal olaraq Pireney yarımadasında yerləşən və İspaniya ilə Böyük Britaniya arasında mübahisəli ərazi sayılan Cəbəllütariq torpağını göstərmək olar. Belə ki, Cəbəllütariq Böyük Britaniyanın nəzarəti altında olsa da, rəsmən Böyük Britaniyaya daxil deyil və Böyük Britaniyanın dəniz əraziləri adlanan qrupa daxildir.
Oxşar vəziyyət isə İspaniya ilə Seuta arasında mövcud deyil. XV əsrdən etibarən Seutada ərəb-bərbər təsirinin azalması və zamanla həmin təsirin portuqal və daha sonra ispan mühiti ilə əvəzlənməsi nəticəsində Seuta qərb şəhərləri stilində inkişaf etməyə başlamışdır. Rəsmi Mərakeş isə şəhərdə uzun müddət portuqal-ispan idarəetmə sisteminin olmasına baxmayaraq ərazinin tarixi torpaqları olduğunu iddia edir. XX əsrin ortalarından etibarən daha da güclənməyə başlayan Böyük Mərakeş millətçi ideyasına görə Mərakeşin əslində sahib olmalı olduğu ərazilər indikindən bir necə dəfə böyükdür. Belə ki, Qərbi Səhra, Əlcəzair və Malinin bəzi inzibati vahidləri və hal-hazırda İspaniyanın nəzarəti altında olan Seuta və Melilya kim muxtariyyətlər Böyük Mərakeşə daxildir.