Temue Bakayoko () — Çelsi klubundan icarə əsasında İtaliya A Seriyası təmsilçilərindən olan Milan klubunda və Fransa milli futbol komandasında müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusu. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynasa da, hərtərəfli qabiliyyəti sayəsində müxtəlif mövqelərdə də çıxış edə bilər. Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmişdir.
Gənc futbolçu kimi sınmış ayağından əziyyət çəkəndən sonra Bakayoko 13 yaşında Renn akademiyasına qoşulmuşdur. O, peşəkar karyerasına Renn klubunda start vermişdir. Bu klubda 24 oyunda iştirak etdikdən sonra 2014-cü ildə £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur. Bakayoko Monakonun yeganə oyun qurucusu olaraq 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir.
Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir.
Erkən illəri Bakayoko 17 avqust 1994-cü ildə Parisdə anadan olmuşdur. O, beş yaşı olarkən Paris 15seme O klubuna qəbul olmuşdur. Doqquz yaşı olarkən Temue əvvəlcə CA Paris Çarenton klubuna, daha sonra isə Montroge 92 klubuna transfer olmuşdur. Gənc futbolçu kimi, Bakayoko futbol oynayarkən ayağı sındığı üçün səkkiz ay yaşıl meydanlardan uzaq qalmışdır. 2008-ci ildə o, 13 yaşı olarkən Renn akademiyasına qəbul olunmuşdur. O, 14 yaşında məşhur Klayrefonteyn akademiyası tərəfindən rədd edilmişdir.
Klub karyerası
Renn Bakayoko öz peşəkar karyerasında debütünü Renn klubu ilə Liqa 1-də 24 avqust 2013-cü ildə Evian klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Bakayoko 90 dəqiqə meydanda olmuş və komandası evdə 2–1 hesabı ilə qələbə qazanmışdır.
Monako
2014–2016 mövsümü thumb|upright|Bakayoko 2014-cü ildə Monako klubunda çıxış edərkən. Bakayoko 2014-cü ilin iyul ayında £7 milyon qarşılığında Monako klubuna transfer olmuşdur. Bakayoko Monako klubu ilə debütünü 10 avqust 2014-cü ildə etmişdir. O, 32-ci dəqiqədə Loryan klubu ilə qarşılaşmada Valere Jermeni əvəz etmişdir. Həmin görüşdə Monako Liqa 1 görüşündə Loryana evdə 2–1 hesabı ilə məğlub olmuşdur. Monako klubunun baş məşqçisi Leonardo Jardimin onu vaxtından əvvəl meydandan çıxarması iki tərəf arasında gərgin münasibətlərə səbəb olmuşdur. Bakayoko demişdir: "Onunla mənim aramda kiçik gərginlik yaşanır". Debüt etdikdən sonra Bakayoko növbəti iki ay ərzində heç bir oyuna çıxmamışdır. Buna səbəb onun zədədən əziyyət çəkməsi və razılaşdırılmamış formada ehtiyatda qalması olmuşdur. Jardimlə onun arasındakı gərginlik davam etdiyi üçün Bakayoko təlimlər zamanı ədalətsizliklə üzləşirdi. O, bəzən təlimlərə gecikdiyi üçün geniş surətdə tənqid olunurdu. Bu münasibət onun daha da məyus olmasına gətirib çıxarırdı.
2016–2017 mövsümü
Bakayoko Monako klubunda ilk iki mövsümdə 31 liqa görüşündə 1 qolla yadda qalmışdır. Bakayokonun potensialının çox olması davranışlarının dəyişməsinə səbəb olmuşdur. O, mənzil evindən dəbdəbəli villaya keçmiş, qara avtomobilinin isə rəngini çəhrayı rəngə dəyişmişdir. Bundan əlavə, o, boksla məşğul olmağa başlamış, qidalanma rejimi dəyişmiş və öz gücünü yaxşılaşdırmışdır. O, 2016-cı ildə keçmiş Fransa millisinin futbolçusu Klaude Makeleleyə Monako klubunun futbol direktoru vəzifəsinə gətirmək üçün kömək etmişdir. O, bu hərəkəti ilə öz qayğıkeşliyini bir daha sübut etmişdir. Bu məqsədlə o, keçmiş Renn klubunun gənclər yığmasının məşqçisi Yannik Menudan məsləhət almışdır. Jeremi Toulalan və Mario Paşaliç 2016-cı ildə klubu tərk etdikdən sonra Bakayoko Monakonun yeganə oyun qurucusu olmuşdur. O, 2016–17 mövsümündə klubun Liqa 1-də çempion olmağına böyük köməklik etmiş və 2016–17 UEFA Çempionlar Liqası mövsümünün komandasına daxil edilmişdir. Bu, Bakayoko üçün həlledici mövsüm olmuşdur. O, davamlı olaraq uğurlu çıxışları ilə Monako klubunun əsas tərkib hissələrindən birinə çevrilmişdir. O, zədəyə az meylli idi və təlim-məşq toplanışlarında daima öz üzərində çalışırdı.
15 mart 2017-ci ildə II Lui stadionunda keçirilən UEFA Çempionlar Liqası 2016/2017 mövsümünün 1/8 final mərhələsinin cavab oyununda Bakayoko final qolunun (UEFA Çempionlar Liqası və ya UEFA Avropa Liqasında ilk qolu) müəllifi olmuşdur. Bakayoko Tomas Lemarın küncdən ötürdüyü topu baş zərbəsi ilə qola çevirmişdir. Həmin görüşdə Monako Mançester Sitiyə 3–1 (ümumi hesab 6–6) hesabı ilə qalib gəlmiş və səfər qolu nəticəsində növbəti mərhələyə yüksəlmişdir.
Çelsi thumb|upright|Bakayoko 2017-ci ildə Çelsi klubunda çıxış edərkən. 15 iyul 2017-ci ildə Bakayoko £40 milyon qarşılığında Premyer liqa təmsilçilərindən olan Çelsi klubu ilə beş illik müqavilə imzalamışdır. O, klubun ikinci ən bahalı transferi kimi klubun tarixinə keçmişdir. O, Çelsi klubu ilə Premyer liqada debütünü 20 avqust 2017-ci ildə Tottenhem Hotspur klubuna qarşı oyunda etmişdir.
Milan (icarə) 14 avqust 2018-ci ildə Milan klubu €5 milyon qarşılığında Bakayokonu mövsüm sonuna qədər icarəyə götürdüyünü açıqlamışdır. Klub €35 milyon qarşılığında birbaşa satın alma hüququna da malikdir.
Milli karyerası Bakayoko 2017-ci ilin mart ayında Pol Poqba zədələndiyi üçün Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün komandaya çağırılmışdır. Bakayoko milli komanda ilə debütünü 28 mart 2017-ci ildə İspaniya millisinə qarşı oyunda etmişdir. O, ikinci hissədə Adrian Rabyonu əvəz etmişdir. Yoldaşlıq oyununda Fransa İspaniyaya 2–0 hesabı ilə məğlub olmuşdur.
Oyun tərzi Yaya Ture Bakayokonu güclü, hərtərəfli keyfiyyətləri olan, oyunu intellektual oxunuşu ilə ələ keçirmək bacarığı olan, dribblinq, keçid imkanı çox olan futbolçu kimi təsvir etmişdir. O, həmçinin Bakayokonu fiziki cəhətdən güclü olan atletə bənzətmişdir. O, dayaq yarımmüdafiəçisi kimi oynasa da, hücumlara asanlıqla qoşula bilir və topla irəliləməyi bacarır. Yalnız Qabi və Danni Drinkvoter 2016–17 UEFA Çempionlar Liqasında Bakayokodan daha çox topla irəliləyə bilmişdir. Monakoda Bakayokonun baş məşqçisi olan Leonardo Jardim demişdir: "O, topla daha çox oynamaqla komandanın balansını təmin edir. O, yaxşı top qəbul edir və öz duellərini qələbə ilə başa vurur. Bu Bakayokonun vəzifəsidir." Fransa millisinin baş məşqçisi Didye Deşam onu "tam yarımmüdafiəçi" kimi xarakterizə etmiş və demişdir: "O, mühüm atletik keyfiyyətlərə malikdir. Hal-hazırda sağalıb. O, həlledici qollar vurur və özünü yaxşı təbliğ etməyə qadirdir."
Karyera statistikası
Klub
KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərFransa Superkuboku görüşləri daxildir.ÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolRenn2013–142413010——281Monako2014–15120102030—1802015–16191211010—2322016–172621030111—413Ümumi573416015100825Ümumi karyera8147170151001106
Milli komanda
Milli komandaİlOyunQolFransa201710Ümumi10
Uğurları
Klub Monako Liqa 1: 2016–17
Çelsi FA Kuboku: 2017–18
Fərdi UEFA Çempionlar Liqası Mövsümün Komandası: 2016–17
Şəxsi həyatı Bakayokonun valideynləri Kot-d'İvuar vətəndaşlarıdır. O, 2017-ci ildə Kot-d'İvuar millisinə dəvət olunsa da, Fransa millisini seçməyi qərara almışdır.
İstinadlar
Xarici keçidlər France profile at FFF
Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Renn FK futbolçuları Kateqoriya:Loryan FK futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Parisdə doğulmuş futbolçular