Maşın Sazi FK () — İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərini təmsil edən peşəkar futbol klubu. Klub hal-hazırda İranın ən yüksək liqası olan İran Pro-liqasında mübarizə aparır. Klub 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur. Klub 2016-cı ildə 19 illik fasilədən sonra yenidən İran çempionatının yüksək divizionuna qayıdıb.
"Maşın Sazi" Təbriz şəhərinin bir digər təmsilçiləri olan "Traktor Sazi", "Göstəriş Polad" və "Şəhrdari Təbriz" klubları ilə daimi rəqabət içərisindədir. Klub Rusiyanın "Torpedo Moskva" komandası ilə dostluq münasibətlərinə malikdir.
Tarixi Qurulması 1969-cu ildə Maşın Sazi Təbriz maşınqayırma zavodu "Maşın Sazi" adlı yeni futbol komandası yaratmaq qərarına gəlib. "Maşın Sazi" ilk rəsmi matçını 1970-ci ildə keçirib. Bir neçə ildən sonra isə klubun artıq Təbrizdə çoxlu azarkeşləri var idi.
1973-cü ildə İranda ilk ümummilli futbol liqası sayılan "Cəmşid kuboku" yaradıldı. "Maşın Sazi" elə ilk mövsümdən bu turnirdə mübarizəyə qoşuldu. Klub ilk mövsümündə 22 oyundan yalnız bir qələbə qazanaraq liqanın əsas autsayderi oldu. Komanda 1976-1979-cu illərdə yenidən "Cəmşid kuboku"nda iştirak etmişdir.
İnqilabdan sonra 1980-ci illər thumb|"Maşın Sazi"nin 1973-74 mövsümündəki heyəti. Sonradan klubun rəngləri göy və sarıya, yekunda isə yaşıla dəyişdiriləcək. "Maşın Sazi" İran İslam İnqilabından sonra və İran-İraq müharibəsi zamanı İrandakı digər əksər idman klubları kimi fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmalı oldu. Klub 1979-1980-ci illərdə hər hansı bir əhəmiyyətli yarışlarda iştirak etmədi. 1980-ci ildə Təbriz futbol liqası və futbol üzrə Təbriz kuboku yaradıldı. "Maşın Sazi" 1980-ci ildən 1988-ci ilədək məhs bu turnirlərdə uğurla mübarizə apardı. Klub Təbriz futbol liqasında yeddi dəfə çempion olmuş, iki dəfə isə ikinci yeri tutmuşdur, həmçinin Təbriz kubokunu isə altı dəfə qazanmışdır. Müharibə başa çatdıqdan sonra yerli və əyalət liqaları ləğv edilib, onların yerlərinə isə ümummilli liqalar yaradılıb. 1990-ci illər Müharibədən sonra Azadeqan Liqası adlı ümummilli iran çempionatı yaradılıb. "Maşın Sazi" 1994-cü ildə bu liqaya yüksəlib. Komanda növbəti iki mövsüm ərzində Azadeqan Liqasında çıxış edib və hər iki mövsümdə də 8-ci yeri tutub. Klub 1996-97 mövsümündə 16 komanda arasında 13-cü yeri tutaraq İkinci diviziona düşüb. "Maşın Sazi" 1997-ci idən 2001-ci ilədək bu divizionda oynayıb.
2000-ci illər thumb|left|"Maşın Sazi"nin 1976-cı ildəki heyəti 2001-ci ildə İran Pro-liqasının yaranmasından sonra "Maşın Sazi" Azadeqan liqasında çıxış edib. Klub uzun illər Azadeqan liqasının ortabab klublarından olub. Klub 2007-08 mövsümündə Azadeqan liqasında 11-ci yeri tutduğuna görə 2-ci diviziona düşməli idi, amma İran Futbol Federasiyası liqadakı komandaların sayının 28-dək artırılması qərarını verdiyi üçün "Maşın Sazi" Azadeqan liqasını tərk etməyib.
2008-ci ildə komandanın rəhbərliyi maliyyə vəziyyətinin ağırlığı səbəbindən futbolçuların əmək haqlarını ödəmək iqtidarında deyildi, üstəlik klubun böyük məbləğdə borcları var idi. Son 12 oyunda 10 məğlubiyyətdən sonra komandanın baş məşqçisi Əsgər Etebari istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Sirus Bayrami təyin edilib. 2008-ci ilin martında klubun prezidenti Cavad Şehlei tutduğu vəzifədən azad edilib. Fərhad Sedaqat klubun yeni prezidenti seçilib. Eyni zamanda Seyid Cavad Musəvi klubun yeni baş məşqçisi təyin olunub. Bütün bunlara baxmayaraq "Maşın Sazi" 2008-09 mövsümünün yekununda Azadeqan liqasında 13-cü yeri tutaraq ikinci diviziona düşüb.
Dəbiri dövrü 25 aprel 2009-cu ildə "Maşın Sazi" klubu komandaya xeyli vəsait xərcləmiş iş adamı Şahram Dəbiri tərəfindən alınıb. Klub ikinci divizionda bir il çıxış etdikdən sonra Azadeqan liqasında iştirak etmək hüququ verən lisenziyanı almış və 2010-11 mövsümündən etibarən yenidən Azadeqan liqasında çıxış etməyə başlamışdır. Komanda 2011-12 mövsümündə Azadeqan liqasında üçüncü yeri tutub. Növbəti mövsümdə 14 komanda arasında sonuncu yeri tutaraq ikinci diviziona düşüb. "Maşın Sazi" növbəti iki mövsüm ərzində ikinci divizionda çıxış edib.
İran Pro-liqası thumb|right|"Maşın Sazi"nin 2016-cı ildəki heyəti "Maşın Sazi" klubu 2014-cü ildən Təbriz Bələdiyyəsinə məxsusdur.
Klub 2015-ci ilin iyun ayında Azadeqan liqasında Şərqi Azərbaycan ostanının təmsilçisi kimi "Şəhrdari Təbriz" komandasını əvəzləyib. 2016-cı ilin qışında Rəsul Hatibi "Maşın Sazi"nin yeni baş məşqçisi təyin olunub. Yeni baş məşqçinin qarşısına İran Pro-liqasına yüksəlmək hədəfi qoyulub. "Maşın Sazi" 10 may 2016-cı ildə "Mes Rəfsəncan" üzərində 3:0 hesablı qələbədən sonra İran Pro-liqasına vəsiqəni təmin edib. Klub Azadeqan liqasının 2015-2016-cı illər mövsümünün yekununda 20 komanda arasında 2-ci yeri tutub və 19 illik fasilədən sonra yenidən İran Pro-liqasında iştirak etmək hüququnu qazanıb.
2016-cı ilin dekabrında klubun baş məşqçisi Rəsul Hatibi ardıcıl uğursuz nəticələrdən sonra istefaya göndərilib. Onun əvəzinə yeni baş məşqçi vəzifəsinə Fərhad Kazimi təyin edilib.
Oyunçular Birinci komandanın heyəti Klubun 2016-17 mövsümü üçün heyəti.
Milli turnirlərdəki çıxışlarının statistikası Mövsüm Diviziya Liqa Yer O Q H M VT BT XKubokQeydTəbriz Həzfi Kuboku1971–721-ciRegional Liqa33111333keçirilməyib3-cü yer (A Regionu)1973–741-ciCəmşid kuboku1222151611488Aşağı liqaya düşüb1974–752-ciİkinci diviziya62285103029291975–7616510104111/8 finalYüksək liqaya yüksəlib1976–771-ciCəmşid kuboku93081662323321/16 final1977–78103091011202328keçirilməyib1978–79111244411151212-ci həftəyə qədər1980–811-ciTəbriz futbol liqası 29621191014Qalib1981–8211082019518Finalçı1982–8331144317612Üçüncü mərhələ1983–8421063112615Qalib1984–851111010291021Qalib1985–861201614393049Qalib1986–871201721301553Üçüncü mərhələQalib1987–8812016313426511/8 finalQalib1988–8912014152828431/16 finalQalib1989–901-ciQots liqa6207761918211/16 final1990–912-ciİkinci diviziya414743201018Üçüncü mərhələ1991–928244713222319keçirilməyib1992–937269116272029keçirilməyib1993–94226121134020351/32 finalYüksək liqaya yüksəlib1994–951-ciAzadeqan liqa3229762726251/16 final1995–96830118113538411/8 final1996–971330105153052351/16 finalAşağı liqaya düşüb1997–982-ciİkinci diviziya518765191227keçirilməyib1998–997165471917191/32 final1999–0093481214355536İkinci mərhələ2000–015341210124550461/16 final2001–02Azadeqan liqa3209562819321/16 final2002–0393091110403938İkinci mərhələ2003–0473011811343241Üçüncü mərhələ2004–05922688182124Üçüncü mərhələB Qrupu2005–06922679213625Birinci mərhələB Qrupu2006–078215106121525İkinci mərhələA Qrupu2007–0811223127152521İkinci mərhələB Qrupu2008–0913265516214920İkinci mərhələAşağı liqaya düşüb2009–103-cüİkinci diviziya416484221920First RoundƏvəzlənib2010–112-ciAzadeqan liqa122671093036311/16 Final2011–1232611873225411/8 final2012–1314263419184713Birinci mərhələAşağı liqaya düşüb2013–143-cüİkinci diviziya112465132633231/32 final2014–15718594201924Üçüncü mərhələƏvəzlənib2015–162-ciAzadeqan liqa23816157533663İştirak etməyibYüksək liqaya yüksəlib2016–171-ciİran Pro-liqası
Stadion thumb|450px|"Maşın Sazi"nin əsas komandasının məşq etdiyi, gənclərdən ibarət komandasının isə ev oyunlarını keçirdiyi Mərzdaran stadionu. Səhənd stadionun tikintisindən əvvəl, "Maşın Sazi" bütün ev oyunlarını günümüzdə 25.000 tamaşaçı tutumuna malik Təxti stadionunda keçirirdi. Klub hazırda ancaq vacib oyunlarını Səhənd stadionunda keçirir. "Maşın Sazi" məşqlərini 5.000 yerlik Mərzdaran stadionunda keçirir. Bu stadionda həmçinin klubun gənclərdən ibarət komandası ev oyunlarını keçirir.
Klubun rəngləri YaşılAğ İstifadə etdiyi formalar
Klubun prezidentləri Məhəmməd Ələvi (Yanvar 2002 – Yanvar 2008) Cavad Şahlayi (Yanvar 2008 – Yanvar 2009) Fərhad Sedaqat (Yanvar 2009 – İyun 2009) Afşin Dəbiri (İyun 2009 – Sentyabr 2012) Sina Əsle Məhəmmədpur (Sentyabr 2013 – Yanvar 2014) Nasir Zamani (Yanvar 2014 – Mart 2014) Sina Əsle Məhəmmədpur (Mart 2014 – Sentyabr 2014) İsa Əkbərzadə (Sentyabr 2014–2015) Mir Məsum Söhrabi (2015–indiyə kimi)
Klubun baş məşqçiləri thumb|Klubun hazırkı baş məşqçisi Fərhad Kazemi. AdDövr Məhəmməd Rəncbər1972–73 Əli Haşemi1973–77 Qarnik Mehrabian1978–80 Hüseyn Fekri1980–83 Əli Şirdel1983–88 Yaqub Zeynalı1988–89 Hesam Gülzar1989–90 Biyok Sabaqi1990–91 Asif Namazov1991–92 Rəhim Ağdam1994–95 Nasser Hecazi 1995–96 Adrian Szabo 1996–97 Həmid Nadimian Məcid Cahanpur2001–02 Əsgər Etebari2002–03 Nasser Hecazi2003– Vaqif Sadıqov2003– Böyükağa Hacıyev2003–04 Gholamhossein Karimpour2004–05 Ahad Sheykhlari2005–06 Qulamrza Bağabadiİyul 2006 – 7 İyul Əli Nikbəxtİyul 2007 – 8 Fevral Qulamrza BağabadiFevral 2008 – 8 İyun Əsgər Etebariİyul 2008 – 9 Yanvar Sirus BayramiYanvar 2009 – 9 Aprel Səyed Cavad MusəviAprel 2009 – 10 Oktyabr Əhəd ŞeyxlariOktyabr 2010 – 10 Sentyabr Əyyub ZülfüqariSentyabr 2010 – 10 Dekabr Zoran SmilevskiDekabr 2010 – 11 İyun Rəsul Xatibiİyun 2011 – 12 İyul Nasser İbrahimiAvqust 2012 – 12 Sentyabr Əlirza ƏkbərpurSentyabr 2012 – 12 Noyabr Əsgər EtebariNoyabr 2012 – 13 Yanvar Hüseyn XatibiYanvar 2013 – 13 Mart Vəli HatəmiMart 2013 – 13 Avqust Əmir Dadaş ZiayiAvqust 2013 – 13 Sentyabr Səyed Cavad MusaviSentyabr 2013 Səid ParkideSentyabr 2013 – 13 Oktyabr Səyed Rza SadatOktyabr 2013 – Yanvar 2014 Ümid TayyeriYanvar 2014 – 14 Fevral Əmin AbadiFevral 2014 – 14 Mart Yunis BahonarMart 2014 – 14 Aprel Əmir DadaşziaeiAprel 2014 – 14 Sentyabr Qulamrza Bağabadi Sentyabr 2014 – 15 İyun Nadir Dastneşan İyun 2015 – 15 Noyabr Rasul XatibiNoyabr 2015–16 Dekabr Fərhad KazemiDekabr 2016–
Uğurları Təbriz futbol liqası 15px Çempion (7): 1980-81, 1981-82, 1983-84, 1985-86, 1986-87, 1987-88, 1988-89 15px Gümüş mükafatçı (1): 1982-83 Təbriz Hazfi kuboku Fayl:Cup Winner.png Qalib (6): 1980-81, 1983-84, 1985-86, 1986-87, 1987-88, 1988-89 Fayl:Cup Finalist.png Finalçı (3): 1981-82, 1982-83, 1984-85 İkinci diviziya 15px Çempion (1): 1975-76 15px Gümüş mükafatçı (2): 1993-94, 2015-16 Azadeqan liqa 15px Gümüş mükafatçı (1): 2015-16 15px Bürünc mükafatçı (3): 1994-95, 2001-02, 2011-12
İstinadlar
Xarici keçidlər Rəsmi sayt Soccerway.com saytında klubun profili
Kateqoriya:1969-cu ildə yaradılmış futbol klubları Kateqoriya:İran futbol klubları