Aprilov Vasil Yevstatiyev () – bolqar maarif xadimi, pedaqoq, yazıçı. Moskva yunan məktəbində, Braşova alman gimnaziyasında və Vyana Universitetində (1807–09) təhsil almışdır. Qabrovoda ilk bolqar dünyəvi məktəbinin əsasını qoymuşdur (1835). Yeni bolqar ədəbi dilinin yaradılması hərəkatının iştirakçısı olmuşdur. Aprilov təlim-tərbiyənin ana dilin də aparılması prinsipini müdafiə etmişdir. Elmi, pedaqoji əsərlərin müəllifidir.
İstinadlar Kateqoriya:Bolqarıstanda doğulanlar Kateqoriya:Rumıniyada vəfat edənlər
Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:XIX əsr tarixçiləri