Azərbaycan–Xorvatiya münasibətləri — Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 26 yanvar 1995-ci ildə qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az .
2013-cü ildə Azərbaycan və Xorvatiya respublikaları arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi imzalanıb.
Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Yaqub Mahmudov olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az . 2020-ci ildən isə işçi qrupuna Könül Nurullayeva rəhbərlik edir.
İqtisadi əlaqələr 1 sentyabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb.
Təhsil sahəsində əməkdaşlıq ADA Universiteti ilə Xorvatiyanın Zaqreb İqtisadiyyat Məktəbi, Split və Varazdindəki fakültələr, eləcə də Dillər Universiteti arasında əməkdaşlığa dair bir neçə razılaşma imzalanıb.
İdman sahəsində əməkdaşlıq thumb|UEFA Avropa Kuboku 1996-nın Xorvatiya–Türkiyə matçına həsr olunmuş Azərbaycan poçt markası (1996)22 Iyul, 1996. Avropa Futbol Çempionatı-96. azermarka.az, 22.07.1996
Futbol qarşılaşmaları
Həmçinin bax Avropa Birliyi–Azərbaycan əlaqələri
İstinadlar
Xarici keçidlər İkitərəfli münasibətlər Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı səfirliyinin rəsmi saytı