Xosrov — Azərbaycan Respublikasının Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şirvan düzündədir. Yerli əhalinin məlumatına görə, kəndin əsasını Xosrov adlı şəxs qoyduğu üçün kənd onun adını daşıyır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Kəndə tabe Sadavat kəndi də vardır ki, bir bələdiyyəsi və icra nümayəndəliyi var.

Coğrafiyası və iqlimi Xosrov kəndi - Ağdaş-Göyçay şossesinin 8–9 km-də yerləşir.

Əhalisi Əhalisi təxminən 4000 nəfərdir.

Mədəniyyəti Kənddə bir mədrəsə, xəstəxana, bir məktəb fəaliyyət göstərir. Kənd ən çox Allah dostları türbələri ilə məşhurdur.

İqtisadiyyatı Əsas məşğuliyyət əkinçilik və maldarlıqdır.

İstinadlar

Kateqoriya:Ağdaş rayonunun kəndləri