Jeleznodorojnı rayonu () Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1937-ci ildə təsis edilən rayon. Rayonun ərazisi 69,0 km² təşkil edir.

Tarixi Rayon ərazisində ilk yaşayış məntəqəsi hələ çoxdan mövcud idi. 1747-ci ildə Don çayının sağ sahilində, Temernik çayının aşağı axarında Qnilovski stanisası inşa edilmişdi. 1864-cü ildə bölgədən dəmir yolu çəkilmişdir. Stansiya və yaşayış məntəqəsi 1937-ci ildə rayon olaraq təsis edilmişdir. Rayonun adı isə onun ərazisindən keçən dəmir yolu ilə əlaqəlidir.

Əhalisi Rayonun ümumi əhalisinin hər üçündən biri təqayütçüdür.

İqtisadiyyat Rayonun iqtisadiyyatın mühüm yeri Şimali-Qafqaz dəmir yolları tutur. Bu şirkətin balansında Elektrovozremont zavod, "Moryak", "Don-qips" və s. Son zamanlar rayon ərazisində müasir şirkətlər meydana gəmişdir. Onları hətta XXI əsrin şirkətlərindən biri hesab etmək mümkündür. Bunlara misal kimi "Aston", "Yuq Rusi", "Praymeri-Don". Hazırda rayonda irili-xırdalı 2708 şirkət fəaliyyət göstərir.

Mədəniyyət Rayon ərazisində Kumjen memorialı qoyulmuşdur. Burada həm də bütün Rusiya ərazisinin ən böyük botanik bağı yerləşir. Onun artıq 75 yaşı tamam olmuşdur. Vitali İosifoviç Sobino adına park isə əlli illiyini qeyd edir. Onun ərazisində Qlinki adına musiqi məktəbinin təməli atılmışdır.

İstinadlar

Mənbə Железнодорожный район Ростова-на-Дону

Kateqoriya:Rostov-na-Donu rayonları Kateqoriya:1937-ci ildə yaranmış dövlətlər və ərazilər