İvan Qriqoryeviç Bubnov () — rus gəmiqayırma mühəndisi və alimi.Bubnov// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 170. — Səh.: 14. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Həyatı 1904-cü ildən Sankt-Peterburq Politexnik İnstitutunda (1909-cu ildən prof.), 1910-cu ildən Dəniz akademiyasında dərs demişdir.

"Gəmilərin batmazlığı haqqında" (1901), "Gəmilərin üz örtüyündə su təzyiqindən yaranan gərginlik" (1902) əsərlərində gəmi gövdəsi üçün işlədilən lövhələrin hesablanmasının izahını vermiş, "İnşaat mexanikası və elastiklik nəzəriyyəsi" (1906) və s. əsərlərində gəmilərin ümumi möhkəmlik məsələlərini riyazi əsaslandırmışdır.

Fəaliyyəti Bubnov 1901–03-cü illərdə M. N. Beklemişev ilə birlikdə Rusiyada ilk "Delfin" sualtı qayığının inşasına rəhbərlik etmişdir.

1903-cü ildən Dəniz texniki komitəsində gəmiqayırma çertyojçuluğu KB-nin rəisi işləmiş, burada 1903–11-ci illərdə onun rəhbərliyi altında "Kasatka", "Akula", "Minoqa", "Bars" və "Morj" sualtı qayıqlarının layihələri işlənib hazırlanmışdır. "Sevastopol" gəmisi (1911) və "İzmayıl" kreyseri (1915) onun layihələri əsasında qurulmuşdur.

Həmçinin bax Gəmiqayırma

İstinadlar

Kateqoriya:Rusiya mühəndisləri Kateqoriya:Rusiya alimləri Kateqoriya:Rus alimlər Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:XIX əsr riyaziyyatçıları