Rodriqo Manuel Boqarin Ximenes (; 24 may 1997, Asunsyon, Paraqvay) — Paraqvay təmsilçilərindən olan Quarani klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Paraqvay futbolçusu.

Klub karyerası Boqarin peşəkar karyerasına Quarani klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 6 dekabr 2014-cü ildə Paraqvay Premyer Liqasında 3 fevral klubuna qarşı oyunda etmişdir. Boqarin ilk qolunu 21 fevral 2015-ci ildə Quarani klubu ilə Sportivo San-Lorenso klubuna qarşı oyunda vurmuşdur. 2016-cı ildə Boqarin klubu ilə Paraqvay çempionu olmuşdur.

Milli karyerası 2017-ci ildə Boqarin Paraqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Boqarin Kolumbiya, Çili, Braziliya və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Uğurları

Komanda «Quarani» (Аsunsyon) Paraqvay Futbol Çempionatı — Klausura 2016

İstinadlar

Xarici keçidlər Статистика на soccerway