Hüseyn Bayram oğlu Ağayev — kolxozçu, kolxoz sədri.

Həyatı 1926-cı ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini bitirmişdir.

1943–1953-cü illərdə Bərdə rayonunda kolxozçu, kolxoz hesabdarı və sədri, kənd Sovetinin sədri işləmiş, Kirovabad Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. 1953–1955-ci illədrdə Azərbaycan KP Bərdə RK-nın təlimatçısı olmuşdur. 1955-ci ildən "Azərbaycan" kolxozunun sədridir.

Azərbaycan SSR Ali Sovetinin ticarət və əhaliyə məişət xidməti komissiyasının üzvüdür.

Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Alpout seçki dairəsi).

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları