Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.
Tarixi Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur. Sövdələşmənin qiyməti 28 min olmuşdur. Yeni sahib 1910-cu ildə taxta binanın sökdürərək yerində yeni bina və tövlə inşa etdirmişdir. Bins iki ustanın larihəsi əsasənda inşa edilmişdir — arxitektor Y. İ. Korotçenko və Q. М. Salnikov. Tikinti meydançasının sahəsi 347,1 kvadrat sajem olmuşdur. Burada at tövləsi və buzxana vardı. Binanın ikinci mərtəbəsini Andrey Fedoroviç İvaşensov kirayəyə götürmüşdür. İl ərzində o, 1300 rubl pul ödəyirdi. 1923-cü ildə bina milliləşdirilmişdir. 1924-cü ildə binada uşaq bağçası açılmışdı. Jdanovun ailəsi digərəraziyə köçməyə məcbur olmuşdur. 1938-ci ildə əraxidə uşaq bağçasının tələbatını ödəmək məqsədilə əlavə korpuslar inşa edilmişdir. 1948-ci ildə Xüsusi yetimlər evinə çevrilmişdir. Burada direktor A. Yaluskaya olmuşdur. 1970-ci ildən isə burada yenifən uşaq bağçası fəaliyyət göstərmişdir. Bina 1992-ci ildən qorunur və regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir<ref">Особняк//Объекты культурного наследия </ref>.
Təsvir thumb Finanın fasadında binanın inşasında zəhməti olan mühəndislərin adı yazılmışdır. Binanın yerləşdiyi ərazidə müəyyən mayillilik vardır. Binanın inşasında istifadə edilən əsas material kərpiçdir.
Həmçinin bax Arxitektor Kulikovun binası (Novoçerkassk) General Kurnakovun evi
İstinadlar
Kateqoriya:Novoçerkassk tikililəri Kateqoriya:1910-cu ildə yarananlar