Orta Tuzlov çayı () — Rusiyanın Rostov vilayəti və Ukraynanın Luqansk vilayəti ərazisindən axır. Tuzlov çayının qoludur. Çayın uzunluğu 16,5 kilometrdir. Mənbəyinin hündürlüyü 195 metr təşkil edir. Üzərində su tutarı vardır. Ən böyük qolu Vlasovka axarıdır.

Çay sistemi: Orta Tuzlov çayı → Tuzlov → Aksay → Don.

Adı Çayın ikinci hissəsi Tuzlovkəlməsi öz növbəsində türk sözü olan duz sözündən törəmişdir. Sağ Tuzov çayı Tuzlov kəlməsi işlədilən üç çaydan biridir: Sol Tuzlov çayı, Orta Tuzlov çayı və Sağ Tuzlov çayı. Çayların bu tip adlandırılmasının səbəbi onların müvafiq istiqamətdən Tuzlov çayına tökülür

Çayın adı öz növbəsibə Kamenno-Tuzlovka kəndinin adına təsir etmişdir.

Axarı Sağ Tuzlov çayı Dones vilayətinin cənub hissəsindən başlayır. Mənbəyi Bobrikova kəndinin cənubunda yerləşir. Ümumilikdə əsasən cənub-şərq istiqamətdə axır. Cənuba doğru istiqamətlənsədə tədricən şərqə yönəlir. Rostov vilayətinin Kuybişevski rayonu Kiriçinko-Lişuqski xutoru ərazisində Sağ Tuzlov çayı ilə birləşərək Tuzlov çayını əmələ gətirir. Çay Luqansk vilayətinin Antrnsitovski və Rostov vilayətinin Kuybışev rayonları ərazisindən axır. Çayın 3,9 km Ukrayna, 11,6 km isə Rusiya ərazisindən axır. Hər iki ölkənin sərhəddində 1 km məsafədə keçir.

Hövzə Orta Tuzlov Blasovka axarı — (sol)

Yaşayış məntəqələri Millerovo kəndi. Kiriçinko-Lişuqski xutoru

Ədəbiyyat «Природа Ростовской области» — К. З. Яцута, глава Притоки Дона

İstinadlar

Mənbə Реки Луганской области на «Лугазоре»

Kateqoriya:Rostov vilayəti çayları