thumb|Qustav Dorenin "Debora" rəsmi
Debora (ivr. דבורה הנביאה) — "Tanax"a görə İsrail Krallığından əvvəlki hakimlər dövründə yaşamış dördüncü hakim, tək qadın hakim və Yəhudilikdə qəbul olunan qadın peyğəmbər. Onun barəsində "Tanax"dakı "Hakimlər Kitabı"nda iki fərqli yerdə – "Hakimlər 4" və "Hakimlər 5"-də məlumat verilmişdir.
Debora müasir dövrdə tanınmış feminist simvoldur, çünki o, qadın olmasına baxmayaraq, yüksək vəzifə tutmuş və hətta peyğəmbərlik etmişdir, qadınların bu qədər çox hüquqlarının olmadığı dövrlərdə yaşasa da, bu iddia ravvinlər tərəfindən rədd edilmişdir, çünki Debora Elohim tərəfindən peyğəmbərlik üçün seçilmiş və o, özünü peyğəmbər etməmişdir.
Xarici keçidlər
Book of Judges article, Jewish Encyclopedia Debbora, Catholic Encyclopedia Biblical Hebrew Poetry — Reconstructing the Original Oral, Aural and Visual Experience Song of Deborah (Judges 5) Reconstructed
Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərləri Kateqoriya:İsraildə dəfn olunanlar Kateqoriya:Tövratda xatırlananlar Kateqoriya:Qadın hökmdarlar Kateqoriya:Qadın adları Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Xristianlıq