Gaska () — Xorvatiyada çay. Gaska çayı Liçko-Senska bölgəsinə (jupaniya) aiddir və Plitviçka Gölləri Milli Parkı ilə həmsərhəddir. Çayın böyük hissəsi yer altı axıma malikdir.Югославия сегодня . 1970 Ümumi məlumat Gaska çayının uzunluğu 61 km-dir. Yer üstü axım hissəsinin uzunluğu 32 km-dir. Ancaq həyata keçirilən axım nizamlayıcı işlərdən sonra çayın uzunluğu 11 km olmuş.Lika-Senj County. Tourist Board Çay hövzəsinin sahəsi — 584 km², ən dərin yeri isə - 10 metrdir. Yay aylarında suyun temperaturu — 10,8 °C, qışda isə — 7,9 °C olur.Vodnogospodarska osnova Hrvatske — Strategija upravljanja vodama
Çay öz başlanğıcını Karst yaylasının cənub-şərqində götürür. Çayın ən yüksək mənbəyi dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Gaskanın istiqaməti şimal-qərb olub, Velebit və Mala Kapela silsilələri arasında axır. Su sərfi 6,3 m³/s-dir, orta axarda orta su sərfi 3,3 m³/s-dir. Çay üzərində Otoças şəhəri yerləşib. Bu şəhərdən sonra Gaska Lika çayı ilə birləşir və sonra yer altı tunellə Qusiç gölünə tökülür. Göldən isə başqa bir tunellə Adriatik dənizinə tökülür. Mənsəbə yaxın hissədə çayın suyundan "Sen" və "Sklope" SES-lərində elektrik enerjisi almaq üçün istifadə olunur.HE Senj
Çay yatağında çoxlu mağaralar və boşluqlar var. Gaska çayı yatağınının öyrənilməsinə XX əsrin ikinci yarısından başlanılıb. Müasir dövrdə belə ərazidə yetərincə öyrənilməyən mağaralar var.Gacka dolina Çay üzərində onlarca su dəyirmanı var.
Çayın sahilində turizm inkişaf edib. Daha çox balıqçılıq və meşə turizmi üstünlük təşkil edir. Çayın orta axarında tez-tez "Gaska kuboku" adlı balıqçıların yarışması keçirilir.Gacka kup Çay farel balığı ilə zəngindir. Ərazidə farel yetişdirmə zavodları fəaliyyət göstərir. Balıq tutma mövsümü 1 martdan 31 oktyabra qədərdir.Ribolov na Gacki
Şəkillər
İstinadlar
Kateqoriya:Xorvatiya çayları Kateqoriya:Adriatik dənizi hövzəsi