thumb|Bellies (1968) Alina Şapoçnikov () — Polşa heykəltaraşı və yəhudi mənşəli qrafikçi.

Bioqrafiyası Alina Şapoçnikov 16 may 1926-cı ildə Polşanın Kaliş şəhərində həkim ailəsində anadan olmuşdur. Yəhudi mənşəyinə görə İkinci dünya müharibəsi zamanı Pabyanitse və Lodzinsk gettosunda yerləşdirilmişdi. Sonralar Auşvitz, Bergen-Belzen və Terezienştadt həbs düşərgələrində olmuşdur.

1946-47-ci illərdə müharibə bitdikdən sonra Praqada heykəltaraş təhsili almışdır. Əvvəlcə Otakara Velimsk emalatxanasında, sonra Praqa Təsviri incəsənət, Arxitektura Universitetində təhsil almışdır. Təqaüd sayəsində 1947—1950-ci illər aralığında Paris Təsviri incəsənət, Arxitektura Universitetində davam etdirmişdir. Ancaq ağır xəstəliyə görə o təhsilini saxlamağa və Polşaya qayıtmağa məcbur oldu.

1963-cü ildə Alina Şapoçnikov yenidən Parisə köçmüşdür. Ona 1969-cu ildə sinə xərçəngi diaqnoz qoyulmuşdu və 1973-cü ildə Alina Passidə Pra-Kotant sanatoriyasında vəfat etmişdir.Pollock, Griselda, "traumatic encryption: the sculptural dissolutions of Alina Szapocznikow" in: After-affects, After images. Manchester University Press, 2013, 165-222

Alina Polşalə sənət tarixçisi Rışard Stanislavskinin arvadı idi. Onların oğulları olan Pyotr Fransada yaşayır. Stanislavski ilə boşanandan sonra Alina Polşa qrafikçisi Roman Sesleviçə ərə getdi. Alina ölümünə qədər onunla nikahda qaldı.

Bədii yaradıcılığı Polşada yaşayarkən Alina ifadəli fiqurativ heykəllər yaradırdı. Tunc və daş kimi materiallardan istifadə etdi. Parisdə o poliesterdə və poliuretanda şəxsi bədənin rəngli surətləriylə təcrübə aparmağa başladı. Ömrünün axırıncı illərində onun yaradıcılığında yaxınlaşan ölümün dərk edilməsi müşahidə edilirdi.

Onun işləri Nyu-Yorkda müasir incəsənətin muzeyinin ekspozisiyasındadır. Əsərləri Los-Ancelesdə müasir incəsənətin muzeyində, Parisdə Pompidu Mərkəzində və Londonda Teyt Qalereyasında nümayiş olunur.

İstinadlar

Xarici keçidlər Алина Шапочников на culture.pl Алина Шапочников на flickr Gazeta Wyborcza

Kateqoriya:Polşada doğulanlar Kateqoriya:XX əsr qadın rəssamları Kateqoriya:Polşa qrafik-rəssamları