Anni Fişer (; ) — yəhudi əsilli macar pianoçusu. Təsirli ifası, "danışan", canlı səsləri, nəfis özünəməxsusluğu ilə daha da məşhurlaşmışdır.
Həyatı Anni Fişerİjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.50. ISBN 978 2 3505 5192 0. 5 iyul 1914-cü ildə anadan olmuşdur. 1922-ci ildə, 8 yaşında ikən Budapeştdə Bethovenin 1 saylı konsertini ifa etmişdir. Ferens List Musiqi Akademiyasında tanınmış pianoçular Arnold Sekey və Ernst fon Donanyinin sinfində təhsil almışdır. 1933-cü ildə Ferens List adına 1-ci Beynəlxalq Müsabiqənin qalibi olmuşdur. 1940-cı ildə Macarıstan Berlin-Roma-Tokio oxu ölkələrinin ittifaqına qoşularkən həyat yoldaşı ilə birlikdə İsveçə qaçmış və 1946-cı ildə yenidən Budapeştə qayıtmışdır. Ferens List Musiqi Akademiyasında dərs demiş, 1965-ci ildə isə professor adına layiq görülmüşdür.
1926-cı ildə etibarən konsertlər vermişdir. Tamaşaçılar həmişə pianoçunu böyük şövqlə qarşılayır və hətta onun çıxışlarını Svyatoslav Rixterin ifasına bənzədirdilər. Fişerin əsas repertuarını Mosart, Bethoven, Şubert və Şuman kimi bəstəkarlar təşkil edirdi. Lakin pianoçu həmin sıraya List, Bartok, Koday kimi həmvətənlərinin də əsərlərini əlavə etmişdi. Avropa ölkələrində ABŞ-da, Kanadada, SSRİ-də qastrol proqramları ilə çıxış etmişdir.
Verdiyi konsertlər zamanı yazılmış bütün səsyazmaların buraxılışına qəti surətdə etirazını bildirmişdir. Fişer fikrini izah edərək, həmin səsyazmaların orijinal ifanın mükəmməlliyini əks etdirmədiyini əsas gətirirdi. Digər tərəfdən, studiya yazılışının da əleyhinə çıxırdı. Pianoçunun fikrincə canlı tamaşaçı kütləsi olmadan istənilən ifa edilmiş əsər qeyri-təbiilik nümunəsidir. Eyni zamanda, 1977-ci ildən etibarən Bethovenin bütün sonataları üzərində çalışaraq, həyatının 15 ilini studiya işinə sərf etmişdir. Bu silsilə Fişerin sağlığında işıq üzü görməsə də, sonradan yüksək qiymətləndirilmişdir.
Anni Fişer 10 aprel 1995-ci ildə vəfat etmiş və Farkaşreti qəbiristanlığında dəfn olunmuşdur.
Ailəsi Həyat yoldaşı (1937-ci ildən) — Alador Tot (1898–1968), musiqişünas, tənqidçi.
Rəylər Sovet musiqişünasları Yakov Platek və Lev Qriqoryevin fikrincə, "onun interpretasiyasının hər bir müxtəlifliyini güclü həyatverici qüvvə və nikbinlik birləşdirir. Bu o demək deyil ki, Anni Fişer dramatizmdən, kəskin təzadlardan və dərin həyəcanlardan uzaqdır. Əksinə, məhz musiqidə, bütöv romantik yüksəliş və böyük ehtiraslar sona qədər onun istedadını meydana çıxarır. Lakin bununla yanaşı, musiqiçinin ifasında daima fəal, iradi, təşkilati başlanğıc, özündə fərdiliyi əks etdirən hansısa "müsbət enerji" mövcuddur".Григорьев Л., Платек Я. Современные пианисты. — 2-е изд., испр. и доп. — М.: Советский композитор, 1990.
Xatirəsi 2014-cü ilin aprelində Macarıstan Dövlət Opera Teatrında Anni Fişerin anadan olmasının 100 illiyi münasibətilə konsert təşkil edilmişdir..
Mükafatlar Koşut Mükafatı (1949, 1955, 1965) "Qırmızı əmək bayrağı" ordeni (1974) Xidmətlərə görə Orden (Macarıstan) (1994).
İstinadlar
Xarici keçidlər Unofficial Website: Annie Fischer Legendary Pianist (with Biography, Discography, Concertography and Rare Photos) created and managed by Yuan Huang, Dec.2014
Kateqoriya:Macarıstan pianoçuları Kateqoriya:Budapeştdə doğulanlar Kateqoriya:Budapeştdə vəfat edənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Farkaşreti məzarlığında dəfn olunanlar Kateqoriya:Qadın pianoçular Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:Musiqi Kateqoriya:XX əsr macar yəhudiləri