K-219 — strateji əhəmiyyətli sovet atom sualtı qayığı; 667A «Navaqa» layihəsi üzrə hazırlanmış 21-ci gəmi idi, daha sonra isə 667AU «Nalim» layihəsi üzrə modernləşdirilmişdir. 3 oktyabr 1986-cı ildə qayıqdakı ballistik raket şaxtalarının birində partlayış baş vermiş, üç gün sonra — 6 oktyabrda, qayıq Atlantik okeanının 5500 metr dərinliyi olan yerində batmışdır. Ekipajının çox hissəsi xilas edilmişdir.
Tarixi Qayığın düzəldilməsinə 28 may 1970-ci ildə Şimal maşınqayırma müəssisəsinin (Sevmaş) 50 №-li sexində 667A «Navaqa» layihəsi və 460 zavod nömrəsi üzrə başlanılmışdır. 31 dekabr 1971-ci il tarixdə suya buraxılmış, 8 fevral 1972-ci il tarixində Hacıyevo bazası ilə birlikdə Qırmızı bayraqlı Şimal Donammasının tərkibinə daxil edilmişdir. 1975-ci ildə 667AU «Nalim» layihəsi üzrə modernləşdirilmiş, 1980-cu ildə əsaslı təmir edilmişdir.
İstinadlar
Kateqoriya:Sualtı qayıqlar Kateqoriya:Nüvə qəzaları Kateqoriya:ABŞ–SSRİ münasibətləri