() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadirdir.
Kateqoriyası (DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil.
Genefond əhəmiyyəti Azərbaycan faunasında cinsin 5 növündən biridir.
Qısa təsviri Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır. Boynunun ardı kürən, alnı qaramtıl-qonurdur Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;.
Yayılması Asiyada nəsil verir, qışlamaq üçün Afrikaya və Şimali Avstraliyaya qədər miqrasiya edir Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 84-87;. Azərbaycanın şərq hissəsi bu növün reproduktiv arealının qərb kənarını təşkil edir Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;: Muğan və Şirvan düzlərində, Qobustanın Xəzər dənizinə yaxın hissələrində müşahidə edilirMustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;.
Yaşayış yeri və həyat tərzi Gilli, seyrək şorangəli və yovşanlı səhranı xoşlayır, hətta bozqır və yarımsəhra landşaftlarının səhralıq hissələrində yaşayır. Azərbaycana nəsil vermək üçün gəlir, burada may ayından sentyabra qədər olur. Miqrant populyasiyası dəniz sahili üzrə köç edir Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;. Yeni faktlara əsasən böyükdimdik bozca yuva tikmir, heç bir bitki olmayan gilli torpaq üzərində yaşıl çalarlı tutqun gil rəngli 3-4 yumurta qoyub kürt yatır Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;. Belə quş təhlükə görən kimi yuvadan sakitcə uzaqlaşır, amma balası olan quş təhlükəyə qarşı həyəcan siqnalı verir, hətta özünü xəstəliyə vurub (imitasiya) yerə yıxılmaqla təhlükəni balasından uzaqlaşdırmağa çalışır. İyun ayının axırında pərvaz balaları müşahidə edilir. Həşərat və məryəmqurdu (xərçəng) ilə yemlənir. Faydalıdır Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;.
Sayı Azərbaycanda adi saylı quş olub. XX əsrin əvvəllərində Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub Aскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 329.. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;.
Məhdudlaşdırıcı amillər Qışlamada kollektiv təsərrüfata məxsus 5-10 min başdan ibarət qoyun sürüləri may ayında köç edərkən yuvalarını dağıtması, yerdə açıq şəraitdə yuvalarını çoban itləri, tülkü, çaqqal, vəhşi pişik, ilan və s. yırtıcıların tələf etməsi Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;.
Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər Faydalı fauna hesab edilib Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 313;. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Qırmızı kitabın II nəşrinə tövsiyə edilib Aскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с точечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Qorunmasının vacibliyinin əhaliyə çatdırılması, Xəzər dənizinin sahilinə yaxın səhra və yarımsəhra yerlərdə ev heyvanlarının sayının normasına riayət edilməsi.
İstinadlar
Ədəbiyyat Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.
Xarici keçidlər Charadrius leschenaultii
Həmçinin bax Böyükdimdik kolquşu Böyükdimdik sterna
Kateqoriya:İndoneziya quşları Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:1826-cı ildə təsvir edilən quşlar