() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Görünüşü Ölçüsü qarğadan bir az daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir.
Yayılması Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür. 4600 metrə qədər olan səhra və meşə ətrafı ərazilərdə yayılırlar.
Səsləri Kifayət qədər səs-küylüdürlər. «Kok, kok, kok, kok-kok-kok» kimi uzantılı səslər çıxarırlar.
Çoxalması Quş yüksək məhsuldarlıdır. Dişiləri bir dəfəmə 7-22 yumurta qoya bilir. Qırt yatma dövrü 24 gündür. Quş həyatın ilk ilində yetkinliyə çatır.
Qıdalanması Yayda bitki və heyvan yemləri ilə qidalanır. Qışda isə qidasının əsasını dən təşkil edir.
Yarımnövləri Ümumilikdə 26 yarımnövə malikdir.
Bağlı vəziyyətdə saxlanılması Tez-tez bağlı vəziyyətdə saxlanılmasına rast gəlinir, quş döyüşlərinin pərəstişkarları arasında xüsusilə məşhurdur. Qapalı vəziyyətdə 20 ilədək yaxşı bir qayğı ilə yaşaya bilirlər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Türkiyə quşları Kateqoriya:Pakistan quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:İran quşları Kateqoriya:Azərbaycan quşları Kateqoriya:Yeni Zelandiya quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:1830-cu ildə təsvir edilən quşlar