Anjero-Sucensk – Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər (1931-ci ildən). Əhalisi 85,6 min nəfərdir (2004). Dəmiryol stansiyası (Anjerskaya) 1897-ci ildə salınmışdır. Kuzbasın iri kömür sənayesi mərkəzidir. Maşınqayırma, traktor mühərrikləri, dağ-mədən avadanlıqları, kimya-əczaçılıq, şüşə, dəmir-beton məmulatları, yüngül və yeyinti sənayesi müəssisələri və muzeyi vardır.
İstinadlar
Kateqoriya:Kemerovo vilayətinin şəhərləri