Abiotik amillər () — cansız təbiət amilləri.Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Ümumi məlumat Abiotik amillər canlı orqanizmlərə təsir göstərən qeyri-üzvi mühit şəraitinin məcmusu kimi başa düşülür. Bu amillər kimyəvi (atmosferin, dəniz sularının, şirin suların, torpağın və s-nin kimyəvi tərkibi), fiziki və ya iqlim (temperatur, atmosfer təzyiqi, hava kütləsinin qarışığı, külək, kosmik radiasiya, günəş radiasiyası və s.) amillərə bölünür. Abiotik amillərin canlı orqanizmlərin həyatında rolu çox böyükdür və bu təsiri ekologiya elmi öyrənir. Bu termin, əsasən, ekologiyada işlənir. İnsanın təsərrüfat fəaliyyəti torpağın strukturuna və tərkibinə, su rejiminə, biosferdə maddələr dövranına təsir göstərərək uzun təkamül ərzində orqanizmlərin adaptasiya olunmuş abiotik amillərini nəzərə çarpacaq dərəcədə dəyişə bilər.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 727 səh.
Həmçinin bax Abiogenez
Xarici keçid ORQANİZMİN YAŞAYIŞ MÜHİTİ. EKOLOJİ AMİLLƏR
İstinadlar
Kateqoriya:Ekologiya Kateqoriya:Ekoloji terminlər