() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Azərbaycanda təbii halda geniş yayılmışdır.
Botaniki təsviri Alçaq koldur. Yastıqcığı çox möhkəm, yarımşarşəkilli, diametri 15-35 sm-dir. Yay yarpaqları açıq göyümtül, çoxsaylı, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-15) mm, eni təxminən 1 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklü, sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa, təx¬minən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündürlüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5 (6) sünbüllərdə yerləşir. Sünbüllərin uzunluğu (9) 10–12 mm, birçiçəklidir. Çiçək altlıqları çılpaqdır. Üst çiçəkaltlığı təxminən iki dəfə içəridəkilərdən qısa, uzunluğu 4–5 mm, uzunsov-yumurtavari, qısa uclu, ensiz haşiyəlidir. İçəri çiçəkaltlıqları təxminən kasacığın borucuğuna bərabər, enli haşiyələnmiş, qısa ucludur. Kasacığın uzunluğu 8-10 (11) mm, qıfşəkillidir. Borucuğun uzunluğu 6–7 mm olub, damarcıqları tükcüklüdür. Borucuğun büküyü ağ, eni təxminən 4 mm, tünd qonur, kənarlarına qədər küt damarcıqlıdır. Çiçək tacı çəhrayıdır. May-iyun aylarında çiçəkləyir. Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Ekologiyası Orta dağ zolağına qədər quru, daşlıq yamaclarda bitir.
Azərbaycanda yayılması BQ şərqi, BQ Quba sahəsi, Qobustan, Abşeronun rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Quru otlu, daşlı yamaclarda, bəzən də yovşanlı yarımsəhralarda bitir.Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019 Abşeronda, Qobustanda rast gəlinir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
İstifadəsi Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Tıs-tıs