Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013http://redbook.az/?options=project&id=Zuvand%20qara%C5%9F%C9%99ngi
Qısa morfoloji təsviri İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3–4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır.1. Флора CCCP, 1955;2. Флора Азербайджан, 1957;
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir.
Yayılması Diabardır.
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı məhddudur və azalmağa meyil göstərir.
Məhdudlaşdırıcı amillər Antropogen təsirlərdir (tapdalanma).
Mühafizə tədbirləri Antropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.
İstinadlar
Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar