() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür.

Botaniki xarakteristikası 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir. Orta dağ qurşağına kimi, kölgəli meşələrdə, dağ meşələrinin dərələrində, dağ çaylarının kənarında rast gəlinir. Dekorativ və dərman bitkisidir, xalq təbabətində istifadə olunur.

Azərbaycanda yayılması Böyük Qafqazın Quba hissəsi (Qusar rayonu-Aşağı Qələnxur kəndinin ətrafı), Lənkəranın dağlıq hissəsi (Lənkəran rayonu –Girdəni kəndinin ətrafı; Lerik rayonu – Siov kəndinin ətrafı).

Sayı və tendensiyası Populyasiyanın ehtiyatı məhduddur. Antropogen təsirlər azalma təhlükəsini sürətləndirir.

Məhdudlaşdırıcı amillər Otarılma, tapdalanma və iqlimdir.

Mühafizə tədbirləri Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, bioekologiyasının öyrənilməsi aiddir.

İstinadlar

Həmçinin bax