Elmi adı — Stenotaenia macrocarpa Freyn et Sinth. ex Freyn (Stenotaenia daralaghezica (Takht.) Schischk.)
Fəsilə: Kərəvüzkimilər — Apiaceae Lindl.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Çoxillik hündürlüyü 1 m-ə çatan, qalın silindirşəkilli, sıx və qısa tükcüklü bitkidir. Gövdənin aşağı hissəsindəki yarpaqlarının qınları tam, gövdəni bürüyən və genişdir, bölünmüş lələklidir, seqmentləri 3–5 cüt oturaq yumurtavari, dişcikli, 2–3 pərdəli, yuxarıdan qırışıq, sərt tükcüklüdür. Çətirlərində 7–13 ədəd, uzunluğu 25 sm-ə qədər (meyvənin içərisi daxil olmaqla) müxtəlif şüaları vardır. Ləçəkləri al qırmızıdır, bayırdan tükcüklüdür. Meyvələrinin uzunluğu 12–20 mm-dir, yumşaqdır, əsasən ensizdir. İbadullayeva S. C., 2004
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə iyun-iyul, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Mezokserofitdir. Orta dağ qurşaqlarında, kolluqlar arasında və çəmənliklərdə rast gəlinir. Efiryağlı bitkidir.Ибадуллаева С. Д.и др., 2009
Yayılması Naxçıvanın dağlıq hissəsidir (Dərələyəz, Aracıq, Xəzindərə və Küküdağ əraziləridir.Флора Азербайджана, 1955
Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır. Antropogen və iqlim təsirləri növün yox olmaq təhlükəsini yarada bilər.
Məhdudlaşdırıcı amillər Ekoloji və antropogen amillərin məhdudlaşdırıcı təsiridir.
Mühafizə tədbirləri Təhlükə altında olduğundan qorunması vacibdir.Azərbaycan SSR-in Qırmızı kitabı, 1989Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010 Məhdud sahələrdə yayılmış, mənfi təsirlərə məruz qalan növ kimi akademik H. Əliyev adına Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına aınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.İbadullayeva S. C., və b., 2001 Yayıldığı mühitə uyğun geniş ərazilərdə reintroduksiya edilməlidir.
İstinadlar Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar