thumb|250px|Kartoflu Vyana şniseli thumb|250px|"Zaxer" tortu thumb|250px|Vyana melanjı Avstriya mətbəxi tez-tez Vyana mətbəxinə bənzədilsə də, Avstriya-Macarıstan imperiyasının ümumi tarixinə əsasən, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Avstriya mətbəxində Macarıstan, Bohemiya, Bavariya və İtaliya mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmışdır. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır.

İçkilər Qəhvə: avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında, əsasən, mokkonun növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər "Vyana qəhvəsi" ("Kofe lyejski") adını almışdı. İsti şokolad. Spirtsiz içkilər: almdudler. Pivə: pivə ənənələri Almaniyadan mənimsənilib. Pivə 0,2 litr (Pfiff), 0,3 litr (Seidel və ya kleines Bier) və 0,5 litr (Krügerl, Halbe və ya großes Bier) həcmində təqdim olunur. Pivə festivallarında qonşu Bavariyada olduğu kimi bu məhsulu litrlik və ikilitrlik parçlara tökürlər. Avstriyada hazırlanan ən tanınmış pivə növləri lager (Märzen), süzgəcdən keçirilməmiş Zwicklbier və buğdadan hazırlanmış Stiegl pivələri hesab olunur. Milad bayramında bok pivəsi hazırlanmaq mühümdür. Şərab: Avstriya şərabı ölkənin şərqində yerləşən Aşağı Avstriya, Burqenland və Ştiriya ərazilərində daha çox hazırlanır. Hoyriger kimi tanınan təzə şərab öz adını Vyana yaxınlığında yerləşən üzümlüklərdən əldə edib. Digər spirtli içkilər: müxtəlif ərazilərdə sidr, şpans, likör kimi meyvə tərkibli spirtli içkilər hazırlanır.

Qəlyanaltılar Qəlyanaltılar arasında kolbasa, qaxac və pendirdən ibarət müxtəlif sendviç növləri üstünlük təşkil edir. Liptov pendiri Yumurtalı şorba Tirol şpiki

Şirniyyatlar Avstriyalılar şirin məhsullara xüsusi əhəmiyyət verirlər. Bişmə çörək və şirniyyatlar bu mətbəxi formalaşdırmışdır. Ştrudel Lins tortu "Zaxer" tortu Kayzerşmarrn Mohr im Hemd Ştrisel İşl kiçik tortları Lins gözü Punşkrapfen

Əsas yeməklər Avstriya mətbəxinin əsas yeməklərini digər mətbəxlərdən götürülmüş xörəklər təşkil edir. Buna misal olaraq, macar mətbəxindən götürülmüş qulyaş və toyuq paprikaşını göstərmək olar. Eyni zamanda bir çox yeməklər Avstriya mətbəxinin xüsusiyyətlərini daşıyır. Vyana şniseli Vyanasayağı toyuq Tafelşpis — qaynadılmış mal ətinin filesi və qıtığotulu alma Boyşel Svibelrostbraten Vanillerostbraten Rostbif Jirardi Krautflekerl — kələm və yerli flekerl makaronundan hazırlanmış xörək

Bölgə mətbəxi Vyana: Vyana mətbəxi Aşağı Avstriya: quş ətinə üstünlük verilir. Burqenland: macar mətbəxinin güclü təsiri; Burqenland kripfeli Ştiriya: ənənəvi Şririya məzələri — bütün salatlara qatılan qabaq yağı Karintiya: balıq ətinə üstünlük verilir. Yuxarı Avstriya: Bavariya və Bohemiya mətbəxlərinin təsiri; şirniyyatlardan Lins tortu Zalsburq: Zalsburq nokerli Tirol: Tirol qröstlü Forarlberq: İsveçrə və Şvabiya mətbəxinin təsiri

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər