Alp stereokaulonu (Sterecaulon alpinum Laur. (S. tomntosum Fr. Var. alpinum Th. Fr., S. paschale (L) Hoffm. Var. alpinum Mudd.)
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"kateqoriyasına aiddir – VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Tallom yastıq formalı, yumşaq və ya sıx çimlər əmələ gətirir. Psevdopodesiləri açıq-boz, hündürlüyü 1-8 sm, qalınlığı 1–2 mm-dir. Derzoventral qruluşdadır, sbutrata zəif yapışır. Keçə formalı tallomu məsaməlidir. Qarıncıq tərəfdə səciyyəvi şişkincik əmələ gətirir. Fillokladiləri qalındır, ziyilşəkillidir. Sefalodiləri dənəvərşəkilli, yaşılımtıl –bozdur. Apotesiləri az müşahidə olunur, hamar, bəzən az qabarıqdır. Piknidiləri az-az rast gəlinir. Fillokladiləri C6H4(NH2)2 təsirində saralır.Определитель лишайников России, 1996
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Vegetativ çoxalması tallo lövhəcikləri, cinsi çoxalması sporlar vasitəsilədir. Bitki örtüyünün genofondu baxımından əhəmiyyətlidir.Tərtibçlərin məlumatları.
Yayılması Zaqatala rayonu Qala, Uzundərə, Punçilov, Qaraqaya, Jixixdaq silsilələrində; Şəki rayonu Qaflan dağ silsiləsində qumsal və daşlı torpaqlarda, qaya və töküntü bitkiliyi arasında, dəniz səviyyəsindən 2600–3100 m yüksəklikdə yayılır. Новрузов В.С., 1983
Sayı və tendensiyası Populyasiyanın təbbi bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Sürüşməə, erroziya, aşınmalar və antropogen təsirlərdir (intensiv otarılma).
Mühafizə tədbirləri Növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək. Populyasiyalar üzərində daim nəzarət təşkil etmək lazımdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İntervikisiz biologiya məqalələri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar