İslandiya setrariyası — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU A2c +3c. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
Qısa morfoloji təsviri Tallom nizamsız düzülmüş şaquli kolluqlurdan ibarətdir. Lövhəciklərin hündürlüyü 10 sm, eni 0,5-5 sm-dir, kənarları yuxarıya doğru burulub, yaşılımtıl-qəhvəyi rəngdədir, azca parıltılıdır. Tallomun hər iki tərəfi eynidir. Bəzən alt səthi az parıldayan olub, yalançı sifellərlə əhatə olunmuşdur. Lövhəciklərin kənarları kirpikciklidir, bəzən soridili və izidilidir. Apotesilər lövhəciklərin kənarlarında yerləşir, diametri 1,4 sm, tallomla eyni rəngdədir. Apotesilərin kənarları mişardillidir. Tallom və özək KOH təsirindən saralır.Определитель лишайников России, 1971
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Yarpaqşəkilli tallomlu şibyədir. Vegetativ çoxalması tallom lövhəcikləri, soredi və izidilər, cinsi çoxalması sporlar vasitəsilədir. Qədim xalq təbabətində dərman bitkisi kimi istifadə olunmuşdur.
Yayılması Kiçik Qafqaz (Şuşa – Böyük Kirs dağı, 2600 m, Sarıbaba dağı, 2200 m, Sağsağan dağı; Laçın-Minkənd kəndi ətrafında; Kəlbəcər rayonu, Kilisel kəndi ətrafında; Gəlinqaya, Mıxtökan, Qoçdaş dağlarında), Lənkəranın dağlıq hissəsi (Lerik, Şinabad kəndi ətrafında 1900 m, Paşaqal, Qızyurdu, Orand dağları; Yardımlı, Alar kəndi yaxınlığında, 1800 m), Böyük Qafqaz (Quba rayonu, Güllüklüdağ, Qusar, Şahdağ dağı, Zaqatala rayonu, Qaladağ, Qudurdağ , Nohur, Roçigöl dağları, Böyük Qafqazın yüksək dağlığında bir çox bitki assosasiyalarının tərkib hissəsidir, 2300–3000 m, çim və ayrı-ayrı topalar şəklində ot örtüyü pozulmuş çəmənlərdə rast gəlinir. Бархалов Ш.О. 1969
Sayı və tendensiyası İslandiya setrariyası sayca azdır, miqdarı və arealı tükənmək üzrədir.
Məhdudlaşdırıcı amillər Antropogen təsirlər (intensiv otarılma, tapdalanma) və dağ çəmənlərinin mənimsənilməsidir.
Mühafizə tədbirləri Növün yayılmasını tam müəyyənləşdirmək və arealını xəritələşdirmək lazımdır. Populyasiyaları üzərində daim nəzarət təşkil etmək lazımdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bitkilər Kateqoriya:Azərbaycan florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Avrasiya florası Kateqoriya:Şibyələr Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri