Vaçe Zela (7 aprel 1939 – 6 fevral 2014) — Albaniyalı müğənni. Routledge p. 569 xalq musiqisi, şanson və bədii filmlərdə mahnı ifaçısı olub. Vaçe Zela Biografia (alb.). TeksteShqip.com (23 dekabr 2010). O, karyerasına gənc yaşda başlayıb və 1962-ci ildə birinci Alban mahnı müsabiqəsinin (Festivali i Këngës).qalibi olmuşdur. Festivalın 11 qat qalibi Vaçe Albaniyada kommunist erasının zamanı məşhurlaşıb və 1973-cü ildə "Albaniya Əməkdar artisti" mükafatına və 1977-ci ildə "Xalq artisti" mükafatına layiq görülmüşdür. O, 24 dekabr 2002-ci ildə Albaniya Prezidenti Alfred Moysiu tərəfindən "Millətin şərəfi" mükafatı ilə təltif edilmişdir. Ömrünün son illərini İsveçrədə keçirtdi və 2014-cü ildə vəfat etdi.
İlk çıxışları Zelanın istedadını birinci kəşf edən onun məktəb müəllimləri idi. O, təkçə musiqidə yox, həm də rəssamlıq və teatrda istedadlı idi. Zela Mizeki regionunun ənənəvi mahnılarını oxumağa başlayanda cəmi 10 yaşı var idi. O, çox vaxtı Luşni şəhərinin parklarında ifa eliyirdə, bununla da ətrafdakıların diqqətini cəlb edə bilirdi. Tezliklə o, şəhərində təşkil olunmuş kiçik konsertlərdə iştirak edəcək, halbuki onun valideynlərinə onların qızının bu yolla getməsi heç də xoşlarına gəlmirdi. Bununla belə, o, nüfuzlu Rəssamlıq Məktəbində oxumaq üçün Tiranaya gəlir, amma qəbul olunmur və Qemal Stafa orta məktəbinə daxil olur və burda gitara çalmağl öyrənir.Q. Stafa High School website. "Historiku"
İstinadlar
Mənbə Agolli, Nexhat (2001). Vaçe Zela: magjia e këngës shqiptare : monografi (albanca). Lisitan. ISBN 978-99927-739-1-8. Routledge (2007–01-01). International Who's Who in Popular Music 2007. Routledge. ISBN 978-1-85743-417-0.
Xarici keçidlər Vaçe Zela at the Internet Movie Database muzika.albasoul.com Vaçe Zela — Rrjedh ne kenge e ligjerime (en:Goes through songs and tales) YouTube Valsi i Lumturise (az:Xoşbəxtlik valsı) YouTube Vaçe Zela with "Natën vonë" (en:Late Night) and Lindita Sota with Vajzat(en:Girls) YouTube
Kateqoriya:Bazeldə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Albaniya müğənniləri