Buros (Borås) — İsveçin cənub qərbində şəhər.Buros// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 99. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Əhalisi Əhalisi 66,3 min (2010) nəfərdir.
Coğrafiyası Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport.
Tarixi 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır.
Memarlığı Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir. Buros ölkədə ən iri toxuculuq (17-ci əsrdən; şəhərdə və ətrafında sahənin milli məhsulunun təqribən yarısı istehsal olunur) və tikiş (paltar, yataq dəyişəyi və ev üçün digər məhsullar) mərkəzlərindən biridir. Elektron məmulatları, tikinti və bəzək materialları istehsal olunur.
Qalereya
Həmçinin bax İsveç İsveç şəhərləri
İstinadlar
Xarici keçidlər Borås travel guide from Wikivoyage Buros şəhərinin rəsmi internet saytı Buros şəhərinin rəsmi turizm internet saytı I Love Borås - the official cityblog
Kateqoriya:İsveç şəhərləri